Modern.az

Navalnı 2 gün əvvəl həyat yoldaşını belə TƏBRİK ETMİŞDİ...

Navalnı 2 gün əvvəl həyat yoldaşını belə TƏBRİK ETMİŞDİ...

Dünya

16 Fevral 2024, 16:44

Bu gün həbsdə müəmmalı şəraitdə vəfat edən rusiyalı siyasətçi Aleksey Navalnının 2 gün əvvəl - 14 fevraldakı "Sevgililər Günü"ndə həyat yoldaşı Yuliya Navalnıya göndərdiyi təbrik sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

 

Modern.az xəbər verir ki, təbrik Navalnının rəsmi X səhifəsində dərc olunmuşdu.

 

"Hər şey səninlə mahnıdakı kimidir: aramızda şəhərlər, aerodromların uçuş işıqları, mavi qar fırtınası və minlərlə kilometr var. Amma hiss edirəm ki, hər saniyə yaxınsan və səni daha çox sevirəm", - deyə qeyd olunub.

 

Xatırladaq ki, 1998-ci ilin yayında Türkiyədə tətildə olarkən Yuliya həmyaşıdı olan hüquqşünas Aleksey Navalnı ilə tanış olub. 2000-ci ildə onlar evləniblər. Cütlüyün iki uşağı - qızı Daria (2001) və oğlu Zaxar (2008) olub.

 

 

Bu xəbər ilə bağlı
Aleksey Navalnı vəfat etdi
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?