Modern.az

Türkiyədə 80 yaşlı fərari əsgərliyə çağrılıb

Türkiyədə 80 yaşlı fərari əsgərliyə çağrılıb

1 Aprel 2011, 09:50

Antalya Böyükşəhər Bələdiyəsinin qocalar evinin 80 yaşlı sakini Əli Çelikər əsgərliyə gedəcək. Modern. az saytının türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polis 80 yaşlı qocanı fərari olduğu iddiası ilə həbs edib. Əsası ilə çətinliklə yeriyən Ə.Çelikər tibbi müayinədən kecirildikdən sonra, mərkəzi hərbi komisarlığa təslim edilib.

Antalya Təhlükəsizlik Mərkəzinə jandarmadan gələn faksda 1931-ci ildə  Antalyada dünyaya gələn  Əli Çelikərin əsgəri xidmətdən yayındığı və tutulaçağı təqdirdə onlara təslim edilməsi istənilib.  

Axtarışlara başlayan polis, 80 yaşlı əskər fərarisinin izinə Böyükşəhər Bələdiyəsinin Qazi məhəlləsində yerləşən qoçalar evində rastlayıb.

Təhlükəsizlik Mərkəzinə təslim edilən Çelikər, jurnalistlərin "fərarisinizmi” sualına Ə.Çəliker  "mən  1951-ci ildə hərbi xidmətdə olmuşam” deyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu