Modern.az

Şəhidlər və Milli qəhrəmanların anaları və həyat yoldaşlarına 8 mart hədiyyəsi - FOTOLAR  

Şəhidlər və Milli qəhrəmanların anaları və həyat yoldaşlarına 8 mart hədiyyəsi - FOTOLAR   

7 Mart 2018, 12:11

8 mart – Beynəlxalq qadınlar günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan aprel şəhidlərinin eləcə də Milli qəhrəmanların anaları və həyat yoldaşları, sağlamlıq imkanları məhdud olan qadınlar və eyni zamanda hal-hazırda təqaüddə olan müxtəlif peşə sahibləri olmuş xanımlar ziyarət olunaraq təbrik edilmişdirlər. İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, bələdiyyə sədrləri Sitarə Cabbarlı və Aytac Əliyeva, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri Ləman Əliyeva və Dilbər Şükürova, YAP Binəqədi RT-nın Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, “Milli qəhrəmanları tanıtma” ictimai birliyinin rayon şöbəsinin sədri Fizuli Həsənov, ASAN könüllülər, balaca fidanlar təbrik mərasimində iştirak etmişlər. Təbrik zamanı çıxış edən Şəmsi Gülverdiyev Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından xanımları təbrik etmiş və onlara hədiyyələr təqdim etmişdir. O qeyd etmişdir ki, Milli qəhrəman və şəhid ailələri, eləcə də uzun illər əmək fəaliyyəti ilə rayonun müvafiq sahələrinin inkişafında əməyi olan şəxslər daim diqqət mərkəzində saxlanılırlar. Daha sonra çıxış edən bələdiyyə sədrləri, ərazi üzrə nümayəndəliklər və gənclər birliyinin sədri Fəsli Nəbiyev xanımları təbrik etmiş və onlara uzun ömür, can sağlığı arzulamışlar. Balaca fidanların təbriki xanımların könlünü oxşamışdır. Görüşlərdə iştirak edən ASAN könüllüləri əmək fəaliyyəti zamanı rastlaşdıqları hadisələrlə bağlı xanımlara suallar ünvanlamış, işin sirrləri barədə maraqlanmışlar. Öz növbəsində xanımlar öz həyat yolu, karyera fəaliyyəti ilə bağlı maraqlı xatirələri qonaqlarla bölüşmüşlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır