Arxiv
6 İyun 2018, 15:18 | MÜSAHİBƏ
Doktor Sənan Cəfərov: “İnsanların indi az hərəkət etməsi bu xəstəliklərin yaranmasına səbəb olur” - MÜSAHİBƏ

Sənan Cəfərov 1999-cu ildə Türkiyə Respublikası Tibb fakültəsinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünü bitirib. 2002-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin Fizioterapiya bölməsində elmi dərəcəyə yiyələnib. 1999-2004-cü illərdə Türkiyə İstanbul Memorial Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya bölümünün şöbə müdiri işləyib və professional idmanda fizioterapiya ilə məşğul olub. 2004-2007-ci illərdə İstanbul Ortopediya mərkəzinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünün şöbə müdiri işləyib. Həmçinin 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında şöbə müdiri vəzifəsində çalışıb.
2012-2015-ci illərdə Bioloji Təbabət Klinikasında şöbə müdiri və 2015-ci ildən isə Bakı Klinikasında şöbə müdiri işləyir.


Modern.az doktorla müsahibəni təqdim edir: 


- Sənan doktor, əvvəlcə fizioterapiya haqqında oxucularımıza məlumat vermənizi xahiş edirik.


- “Fizioterapiya nədir, hansı xəstəliklərdən əziyyət çəkənlər bizə müraciət edirlər, bu xəstələr hansı qrup insanlardır” və digər suallar ətrafında çalışacam sizlərə məlumat verim.

Fizioterapiya yunan dilindən tərcümədə “təbiətin gücü ilə müalicə” mənasını daşıyır. Fizioterapiya iki hissədən ibarətdir. Birinci, elektroterapiya - tibbi avadanlıqlarla müalicə üsuludur. İkincisi reabilitasiya - orqanizmin itirilmiş funksiyalarının bərpası və təkrarən sosial həyata qaytarılması üçün olan müalicə üsuludur. Daha çox aşağıdakı reabilitasiyalar fərqləndirilir:

- Beyin cərrahiyyəsindən sonra reabilitasiya;

- İdmançı reabilitasiyası;

- Nevroloji reabilitasiya;

- Ortopedik cərrahiyyədən sonra reabilitasiya;

- Kardio cərrahiyyədən sonrakı reabilitasiya;

- Pediatrik reabilitasiya.

Dünyada yaşla bağlı olan xəstəliklər bir neçə qrupa bölünür. Birinci qrupda 0-18 yaş arası uşaq, ikinci qrupda 18-35 yaş arası gənc, üçüncü qrupda 35-65 yaş arası orta gənc və dördüncü qrupa aid olan 65 yaşdan yuxarı, yaşlı xəstələrdir. Bütün yaş qruplarında olan hər bir xəstəyə biz fizioterapiyanı tətbiq edirik. Hal-hazırda bu tip xəstəliklər çox ciddi bir hal alıb. Vaxtında qarşısı alınmazsa, şikəstliyə gətirib çıxara bilər.

- Fizioterapevtin işi nədən ibarətdir?

- Qeyd edim ki, Azərbaycan Tibb Universitetində Fizioterapiya bölməsi yoxdur. Bu ciddi əksiklikdir. Güman edirəm ki, gələcək tədris planlamalarında bu məsələ də nəzərə alınar. Qeyd etdiyim kimi, Fizioterapiya bölməsi olmadığına görə fizioterapiyaya ehtiyacı olan xəstələr çox əziyyət çəkirlər. Bəzən adi bir fizioterapiya müalicəsi üçün xarici ölkələrə üz tuturlar. Bir çox zaman isə xəstə, misal üçün, onurğa osteoxondrozuna görə başqa ixtisas həkimlərinə müraciət edir. Halbuki bu xəstəlik sırf fizioterapiya həkiminin sahəsidir.


Hazırda ölkəmizdə təxminən hər 7-8 nəfərdən biri onurğa disk yırtığından əziyyət çəkir. Belə xəstələrin iki yolu var:

1. Fizioterapiya müalicəsi almalıdır.

2. Əgər müalicə effekt verməzsə, əməliyyat olunmalıdır. Bu vəziyyətin izahı, fizioterapiyanın nə qədər əhəmiyyətli və ehtiyac olan bir sahə odluğunu təsdiq edir.

- Bu gün sizlərə ən çox hansı xəstələr müraciət edirlər?

- Hazırda bizə ən çox müraciət edən xəstələr aşağıdakılardır:

- Osteoxondroz (boyun, bel, disk yırtıqları);

- Skolioz, Kifoz;

- Artrozlar (çiyin, bud-çanaq, diz və s);

- İflicli xəstələr;

- Travmalar (əzələ, oynaq, sinir);

- Uşaq serebral iflici;

- Doğuş zamanı yaranmış travmalar;

- Displaziya;

- Tortikolis (boyun əyriliyi).


- Bu gün bel-oma disk yırtığı xəstələrinin sayı artmaqdadır. Bu xəstəlik və onun müalicəsi haqqında danışardınız.


- Disk yırtığı bütün onurğa boyunca olur. Belə ki, fəqərələr arasında olan disklərdə zədələnmələr meydana gəlir. Diskin içərisində maye var və hər hansı bir travmadan yırtılır. Buna görə də xəstə çox ciddi əziyyət çəkir. Əgər disk yırtığı xəstənin boynundadırsa, boyunda ağrı və əllərdə uyuşmalar olur. Bu halda, beldə ağrı və bel-omadan ayaq biləyinə qədər sinir sıxıldığına görə, uyuşma meydana gəlir.


- Biz bir çox xəstəliklərə düzgün diaqnoz qoyulmadığının şahidi oluruq. Bu isə ciddi problemlərin yaranmasına səbəb olur. Bir həkim kimi, sizin də işlədiyiniz sahədə belə problemlər varmı?


- Bəzən həkimlər bu tip xəstələrə biganə yanaşır və masaj məsləhət bilirlər ki, sanki masajla bu ağrılar keçəcək. Şübhəsiz ki, bu cür xəstələr sağalmırlar və onlar artıq pul xərcləyirlər. Çünki, sadəcə, masajla xəstə sağalmaz. Həmin xəstələrə kompleks müalicə tətbiq etmək lazımdır ki, bu işə də mütləq fizioterapevt nəzarət etməlidir. Buna görə də belə xəstələr mütləq fizioterapiya həkiminə yönləndirilməlidirlər. Biz, fizioterapiya həkimləri xəstəliyin birbaşa özü ilə mübarizə aparırıq. Bir araşdırmada qeyd olunur ki, bu cür xəstələr fizioterapiya müalicəsi aldıqdan sonra nəticələr 80-85% müsbət olacaq. Burada, ancaq 15-20% xəstələr əməliyyat oluna bilərlər. Bu gün xəstə vaxtında müraciət etmir və düzgün həkimə gəlib çata bilmir. Bax bu səbəbdən də xəstəlik xronikiləşir və öz növbəsində xəstənin həkimə inamı azalır. Ancaq bizi tanıyan xəstələrin heç biri xaricə üz tutmur və onların xəstəliklərinin müalicəsində yüksək nəticələr əldə olunur.


- Oxucularımız üçün maraqlıdır, bu cür xəstəliklərin yaranma səbəbi nələrdir? Bu gün insanlar bu cür xəstəliklərdən uzaq durmaq üçün nə etməlidirlər?


- Əvvəllər bu cür xəstəliklər daha az idi. İnsanlar indi az hərəkət edirlər. Hərəkətsizlik bir çox xəstəliklərin yaranmasına səbəb olur. İnsanlarda hərəkətin məhdudlaşması oynaq-dayaq sisteminin xəstəliklərinə gətirib çıxarır. Ağır yük götürmə, travmalar, kontrolsuz bir hərəkət belə xəstəliklərin yaranmasına səbəb olur. Bu baxımdan, mətbuatın gücündən istifadə edib xəstələri maarifləndirmək lazımdır ki, vaxtında doğru həkimə müraciət etsinlər.


Söhbətimizin sonunda təkrar qeyd etmək istəyirəm ki, fizioterapiya həkiminin işi ağrını azaltmaq deyil, birbaşa xəstəliyi yaradan səbəbi müalicə etməkdir. Dünya standartlarında fizioterapiya kursunun müddəti 21 gündür. Biz dünyada qəbul olunan bütün standartları xəstəxanamızda tam şəkildə tətbiq edirik.        


Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Ölkəmizin bütün regionlarından, sadə vətəndaşlarımızdan tutmuş ziyalılarımıza, iş adamlarımıza, rəhbər vəzifələrdə işləyən dövlət qulluqçularımıza qədər hər bir zümrədən insanlarımız bizə müraciət edirlər. Onlara üzümü tutub deyirəm: “Bizə güvəndiyiniz üçün təşəkkür edirəm, hər birinizin müalicəsində əlimizdən gələni edirik və edəcəyik”.

 


Söhbəti qələmə aldı:
Mahmud Əyyublu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda  27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53