Arxiv
1 Noyabr 2018, 08:44 | REPORTAJ
Qara kürü kimlər üçün əlçatandır?..  

17-ci əsrədək qara kürü kasıb kəndli yeməyi sayılırdı. Lakin sonralar əvvəlcə rus çarlarının, ardınca isə Avropa aristokratlarının süfrəsinə yol tapan qara kürü çoxdandır dünyanın ən ləziz və delikates ərzaq növü hesab edilir. 

Xəzərin sahilində yaşamağımıza baxmayaraq, dəniz məhsullarından olan kürü həmişə əlçatmaz qidamız olub. Biz öz ölkəmizdə bu məhsulun dadına baxa bilməsək də, xarici ölkələrdən sırf Azərbaycan kürüsünü almaq üçün gələnlər var.

Təmiz qara və qırmızı kürünün qiyməti çox bahadır. Son illərə görə, 100 qram qara kürünün qiyməti 200-250 manat arasında dəyişir. Amma marketlərdə konservləşdirilmiş şəkildə satılan, xarici ölkələrdə istehsal olunmuş və qiyməti xeyli ucuz "kürü"lər də istehlakçılara təklif edilir. Həmçinin, restoran və şadlıq evlərinin masasının üzərində də qara və qırmızı kürü tapmaq olar. Bunlar süni kürülərdir. Nə qədər zərərli olsa da, ölkədə süni kürünü öz qida rasionuna əlavə edən insanlar kifayət qədər çoxdur. 

Maraqlıdır, niyə təbii kürüyə həsrətik?

Vaxtilə Neftçala rayonundakı Bankə qəsəbəsində yerləşən Balıq Kombinatı fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dünya bazarına balıq, kürü ixrac edirmiş. Məsələn, 1930-cu ildə ölkədə 550 ton qara kürü istehsal olunub. Kapitalizmin bərpasından sonra isə sözügedən kombinat məhv edildi və nəticədə qara kürü istehsalı kəskin azaldı..

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a Xəzərin kürü qoyan nərə balıqlarının tükənmək üzrə olduğunu söyləyib. Mütəxəssis də ölkəmizdə istehsal olunan kürünün sadə insanlar üçün əlçatan olmadığını təsdiqləyib:


“Düzdür, Azərbaycan kürü ölkəsidir. Ancaq elə mən özüm, 20 ildir kürü yeyə bilmirəm. Çünki bazarda satılan təbii kürünün qiyməti sıravi insanlar üçün əlçatan deyil.

20 ilə yaxındır, Azərbaycanda süni qara kürü də istehsal olunur. Azad İstehlakçılar İctimai Birliyi süni kürü qablarının üzərindən yalnız nərə balığının şəklinin götürülməsinə nail olub. Qabların arxa hissəsində qidanın süni kürü olduğu yazılır. Bu kürülər Azərbaycana Rusiyadan da idxal olunur. Xarici ölkələrdən gətirilən kürünün bəzilərinin üzərində nərə balığının şəkli vurulub. Süni kürü balığın tullantılarından, dərisindən və s.-dən hazırlanır, kürü dadı verir. Çox ucuz qiymətə olan bu qidalar əsl kürü ilə müqayisə edilə bilməz. Əsl kürünün kiloqramı 1500-1700 manatdan yüksəkdir.

Kürü tez xarab olan məhsuldur. Halbuki, bu dəniz məhsulunun necə gəldi, harada gəldi satılması “Təzə bazar”da müşahidə olunur. Burada süni kürü ilə qarışdırılmış qara kürü, vaxtı keçmiş təhlükəli kürülər də satılır. Azərbaycanda cəmi 3-4 məhsul xarici bazara çıxmaq üçün keyfiyyətlə hazırlanıb. Balıq və kürü də daxil olmaqla balıq məhsullarına, qoz-fındıq kimi qidalara haps sistemi (tarladan, dənizdən istehlakçının masasına qədər izləmə) tətbiq olunub. Ölkənin ən böyük balıq məhsulları istehsal edən şirkəti “Caspian Fish”in  mağazalarında istehsal etdiyi kürü satılır. Lakin bu məhsul o qədər bahadır ki, sıravi vətəndaşlar ona yaxın dura bilmir”. 

Bakı səmasından 7 ton qara kürü dağılıb

Eyyub Hüseynov xatırladıb ki, Azərbaycanın müstəqil olduğu ilk illərdə 7 ton qara kürünü qeyri-qanuni yolla ölkədən çıxaran şəxs və şəxslər müəyyən edilib:


“Həmin vaxt ifşa olunduqları barədə məlumat alan şəxslər təyyarənin kürü saxlanan hissəsini açaraq, elə hərəkətdə ola-ola 7 ton qara kürünü Bakı səmasına dağıdıblar.

Mən xarici ölkələrə gedəndə bazarlarda Azərbaycan kürüsünü axtarıram. Lakin çox yerlərdə İran kürüsünə rast gəlmişəm. Onun kiloqramı 3000-3500 dollar civarında olub.

Sovet dövründə bu təsərrüfat ayrı-ayrı polis rəislərinin qazanc yeri olub. Bakının hansı rayonuna polis rəisi təyin olunubsa, ən başlıca vəzifə kimi kürü satışına nəzarət edib. 
Azərbaycanda haps sisteminin tətbiqindən sonra ölkəmizdə istehsal olunan kürü baha qiymətə xaricə çıxarılır. Ona görə, Xəzər dənizindən çıxarılan kürü bizim üçün daha da əlçatmaz olub”. 


Balıqların Xəzər dənizində süni şəkildə çoxaldılması cəhdi effekt vermir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kürü verən balıqları yetişdirdiyini vurğulayan Eyyub Hüseynovun sözlərinə görə, bu balıqlar çoxaldılır və Xəzərə buraxılır:

“Bakı-Quba yolunda hərəkət edəndə nərə balığı satan insanlara rast gəlirik. Bəzən 30-50 santimetr uzunluğunda nərə balıqları satırlar. Həmin balıqlar, nazirliyin süni yetişdirib, Xəzərə buraxdığı balıqlardır ki, balıqçılar onları ovlayıb, sata bilirlər. Çünki dənizə buraxılan nərə balıqları adaptasiya ola bilmədiyinə görə, sahilə yaxın ərazilərdə üzürlər. Beləliklə, Xəzər dənizində balıqların, kürü verən nadir balıqların və bütünlüklə kürü resurslarının tükənməsi sürətlənir.

Kürü istehsalı oliqarxların əlində cəmləşib

Müasir Müsavat Partiyasının sədri, vaxtilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri oımuş Hafiz Hacıyev deyib ki, kürü istehsalı ayrı-ayrı məmurların monopoliyasındadır:

“Hətta bir neçə iri məmur dənizi bölüb, kürü istehsalına ciddi nəzarət edirlər. Nəticədə həmin sahədən əldə edilən gəlir birbaşa o məmurların cibinə gedir. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycan büdcəsinin hətta 90 faizini kürü istehsalından, satışından qazana bilərik. Əlbəttə, bu ayrı-ayrı şəxslərin cibinə getməsə.

Kürü istehsalı sahəsində yeni qurum yaradılmalıdır. Tək kürü resursları deyil, Xəzər dənizinin balıq ehtiyatları da tükənir. Bu sahə bir əldə cəmləşməli, xalqa xidmət edərək, xalqın məhsulu olmalıdır.

Qara kürü - ən dadlı kürü növü sayılır və yalnız Xəzər dənizində olur. İmkanlı şəxslər, xarici ölkələrdə yaşayan insanlar ölkəmizə gəlib, bu məhsulu almağa çalışırlar. Düşünürəm ki, kürü istehsalının canlandırılması, gəlirlərin mərkəzləşdirilməsi barədə düşünməyə dəyər”.

Mütəxəssislər bildirirlər ki, normal qidalanmaq üçün hər bir insanın qida rasionunda digər ət növləri ilə yanaşı, balıq və balıq məhsulları da olmalıdır. Hər bir adam ildə 18-20 kq balıq əti, o cümlədən 150-200 qram qara kürü yeməlidir. Azərbaycanda isə qara kürü yemək çoxları üçün əlçatmazdır. Xəzər dənizindən tutulan və dillər əzbəri olan nərə balığının kürüsü bir neçə əsr öncə olduğu kimi artıq kasıb yeməyi sayılmır. Aşağı təbəqədən olan insanlar keçmişdən fərqli olaraq, əsl qara kürünü heç yuxuda görə bilməzlər.

Qara kürüdən daimi olaraq istifadə edənlər indi ancaq varlılardır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30 Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54 Gənclər üçün növbəti festival keçirilib - FOTO   24 İyun 2019, 18:44 Hər bir hərbi qulluqçu Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə qadirdir - Zakir Həsənov 24 İyun 2019, 18:41 Nazir müavininə general-leytenant rütbəsi verildi - SƏRƏNCAM 24 İyun 2019, 18:32 Vaqif Dərgahlı təltif edildi 24 İyun 2019, 18:25 Ramil Usubov tələbələrdən imtahan götürdü - FOTO 24 İyun 2019, 18:17 Prezident hərbçiləri təltif etdi, ali rütbələr verdi - SİYAHI   24 İyun 2019, 18:08 Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO 24 İyun 2019, 18:06