Arxiv
18 Noyabr 2018, 20:12 | REPORTAJ
Bir şəklin tarixçəsi: Azadlıq meydanı, insanlar, çadırlar və qoyunlar...  

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq, o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı.

Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının budəfəki fotoşəkli də düz 30 il öncə vüsət götürmüş hadisələrin başlanğıcını əks etdirir.

Zaman - noyabr 1988-ci il. Məkan - Bakı, Azadlıq meydanı...

100 minlərin toplandığı kütləvi mitinq... Azərbaycanda milli-azadlıq hərəkatı başlayıb...

O zaman Azadlıq meydanında indi olmayan, ağıla belə gəlməyən dostluq, qardaşlıq mühiti yaranmışdı. Axı Azadlıq meydanında dayananlar, mitinq edənlər tək milli mənafeyin yox, milli qürurun da qoruyucuları idi!

Mitinqə gəlməyənlər də aksiyada iştirak edənlərə kömək edirdilər.

Belə ki, Azadlıq meydanındakı mitinqlərdə iştirak edənlərə, gecə orada qalanlara bütün Bakıdan ərzaq gətirilir, digər rayonlardan yemək-içmək göndərilirdi. Ərzaq yardımı göndərənlərin bir çoxu mitinqdə şəxsən iştirak etməyə çəkinən imkanlı adamlar idilər. Samovar qaynadılır, çay dəmlənir, hazır yemək gəlirilib mitinqçilərə paylanırdı. Kolbasa-sosiska, hazır kabab, daha sonra düyü, yağ, qoyun əti..

Şəkildəki çadırların arxasında 10 minlərlə insan kütləsi dayanıb, fasiləsiz mitinq gedir...

Bu çadırlar etirazçıların yeməyi və çay içməsi üçün qurulub. Çadırların bəziləri səyyar mətbəx rolunu oynayır. Hər idarənin öz palatkası vardı...



Bu qoyunlar da mitinqçilərə kəsilmək üçün Azadlıq meydanına gətirilib.

Axı o insanların soyuq noyabr günlərində qarnı tox olmalıydı ki, aksiyanı dayanmadan davam etdirə bilsinlər... Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayıb. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. 

Şəkili şərh edən jurnalist Çingiz Sultansoy deyir ki, ozamanki hakimiyyət qəzetləri mitinqdə iştirak edənlərin nəqliyyatın hərəkətinə mane olmağından, gözəl və səliqəli Bakı bulvarını çirkləndirməyindən, murdaqlamağından yazırdı:

“Amma onlar bulvarı məndən çoxmu istəyidilər? Mən uşaqlıqdan bulvarda böyümüşəm, 50 ilə yaxın lap yanında yaşamışam. Amma bulvar qurban olsun Qarabağa, bizim milli qürurumuza! Bulvarı təmizləmək olardı, bəs Qarabağı?..

Bir dəfə meydana axşamtərəfi işdən sonra getdiyimi bilən taksi sürücüsü “Aznef”dən ora məni pulsuz apardı, avtobuslar o vaxt çox pis işləyirdi, bəzən saatlarla gözləmək lazım idi. Mən də mitinqçilərə termoslarda bir neçə dəfə isti çay apardım, sonra görəndə ki insanlar bunun vacibliyini anlayıb, yaxın evlərdən gətirirlər, dayandırdım. Adamlar pul da gətirirdilər...”.

Bu hadisələri görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Fotonu köhnə hərəkatçı Bəhruz Əsədbəyli təqdim edib...




A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14 Qırğızıstanda prezident seçkiləri bu tarixdə keçiriləcək 25 Oktyabr 2020, 08:05 Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53 Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu 25 Oktyabr 2020, 00:40 Moskvada daha 68 nəfər koronavirusdan öldü 25 Oktyabr 2020, 00:33