Arxiv
14 Noyabr 2011, 15:55 | MÜSAHİBƏ
"Ziyalı həmişə dövlətini sevməli və onu qorumalıdır"

Yazıçı hesab edir ki, ziyalıların cəmiyyətdən mənəvi inciklikləri var

Son vaxtlar cəmiyyətdə ziyalının yeri ilə bağlı müzakirələr intensivləşib. Bəziləri ziyalılara diqqətin azalmasından, bəziləri isə ziyalıların özlərinə münasibətinin dəyişməsindən şikayətlənirlər. Ziyalıların cəmiyyətdən və dövlətdən gözləntiləri ilə bağlı da müxtəlif fikirlər var. Biz də yazıçı Seyran Səxavətlə söhbətimizi bu mövzu üzərində qurduq.

- Seyran müəllim, bugünkü cəmiyyətdə ziyalıların rolunu necə qiymətləndirirsiniz?

- Sualınız kifayət qədər ümumidir. Amma bu mövzuda ümumi danışsaq, söhbətimiz maraqlı alınmayacaq.

- Onda sualımı bir qədər konkretləşdirib soruşmaq istəyirəm ki, doğurdanmı müasir cəmiyyətimizdə ziyalılar gündəmdən çıxırlar? Onlara əvvəllər olduğu qədər ehtiyac yoxdur?

- Əgər ziyalılar doğurdan da cəmiyyətin gündəmindən çıxırlarsa, deməli, bu gündəmin özündə nəsə problem var. Belədirsə, biz gündəmin özündə günah axtarmalıyıq, ondan şübhələnməliyik. Ziyalı gündəmdən çıxırsa, deməli, bu gündəm heç dayanmalı gündəm deyil. Gözümüzün qabağında bütün canlılar, flora, fauna hamısı həmişə işığa meyilli olur, bu istiqamətə can atır. Bizim də işığımız ziyalılar olmalıdır. Biz niyə onları gündəmimizdən çıxarmalıyıq axı? Görünür, gündəmdə əndrəbadi nələrsə var. Bu barədə mənim fikrimi soruşursunuzsa, hesab etmirəm ki, bu gün ziyalılar gündəmdən çıxırlar. Əslində ziyalının gündəmdən çıxmasının özü bir gündəmdir. Ola bilsin ki, ziyalıların cəmiyyətdən mənəvi inciklikləri var. Bir qədər yekə çıxmasın, mənim fikrimcə, cəmiyyət öz ziyalısını həmişə diqqətdə saxlamalıdır. Gərək insanlarımız ziyalılardan nümunə götürsünlər, onlara baxıb düzlənsinlər. Mənə elə gəlir ki, ziyalısı olmayan cəmiyyət qışın günündə işıq idarəsinin əməkdaşları tərəfindən elektriki kəsilmiş ev kimi bir şeydir. O cəmiyyətdə ki, ziyalıya basqı var, deməli, orda anormallıq var. Ziyalıya basqı quran cəmiyyət öz gələcəyini təhlükə altına alır.

- Sizcə, zaman keçdikcə ziyalılığın kriteriyaları dəyişirmi? Yoxsa bu kriteriyalar dəyişməzdirlər?

- Ziyalılıq kriteriyası heç vaxt dəyişmir. Elə ziyalılığın bel sütunu da bundan ibarətdir. Zaman dəyişir, amma bu kriteriyalara heç nə təsir etmir. Amma onu da deyim ki, bu kriteriyaların dəyişməməsi ziyalı insanlara çox baha başa gəlir. Mən deyərdim ki, dünyadakı ən bahalı şey elə budur. Mənim fikrimcə, ziyalılıq kriteriyası heç vaxt dəyişilməməlidir. Belə olanda da ziyalılar çox böyük məhrumiyyətlər yaşayırlar. Primitiv müqayisə olsa da, deyəcəyəm. Tutaq ki, hansısa bir restoranda oturub yoldaşınla yemək yeyirsənsə, hesab verməlisən. Ziyalılıq kriteriyalarının dəyişməməsi üçün sonda bu hesabı cəmiyyət verməlidir. Amma bu, məcburi olmamalıdır. Cəmiyyət özü o qədər həssas olmalıdır ki, bu yükü üzərinə götürə bilsin. Yəni cəmiyyətin həssaslığı da ən azı ziyalılar qədər olmalıdır. Cəmiyyət o hesabı verməyəndə ziyalının vəziyyəti yaxşı olmur. 

- Belə çıxır ki, bir ziyalı kimi siz də cəmiyyətin ziyalılara münasibətindən narazısınız? Düz başa düşmüşəmmi?

- Bilirsiniz, ziyalının cəmiyyətdən narazılığı həmişə olub. Bu, müxtəlif zamanlarda, müxtəlif dövlətlərdə davamlı müşahidə olunur. Amma ziyalının bu narazılığı məncə, həmişə cəmiyyətin xeyrinə olub. Əgər cəmiyyət bu narazılığı demaqoqcasına qəbul edirsə, vay o cəmiyyətin halına.

- Seyran müəllim, sizcə ziyalının dövlətə münasibəti necə olmalıdır? Bizdə bəzən bununla bağlı fikir ayrılıqları müşahidə olunur.

- Ziyalı həmişə dövlətini sevməli və onu qorumalıdır. Külli halında götürəndə dövlətin addımlarından asılı olmayaraq, ziyalı onu sevməlidir. Çünki bu dövlət həm də ziyalınınkıdır. Amma bəzən dövlətin elə addımları ola bilər ki, bu, xalqın ziyanına işləyər. Belə olanda ziyalı Novruz Bayramında sacın üstündə qovurulan buğda kimi çırt-çırt yanır. Ola bilər ki, ziyalının bu çırtaçırtı yüksək vəzifəli bəzi çinovniklərin xoşuna gəlmir. Çünki onlar hiss edirlər ki, bütün bunlar əleyhlərinə işləyə bilər. Diqqət yetirsək görərik ki, tarix boyu çinovniklər də çox həssas olurlar. Çinovnik həssaslığı özünüqoruma instinktini yaradır. Belə olanda həmin instinkt işə düşür və bütün qüdrəti ilə işləməyə başlayır. Bunun nəticəsində bəzən xoşagəlməz hallar yaranır. Mənim fikrimcə, ziyalı dövlətin siyasəti ilə bağlı nəsə deyirsə, onu yaxşı-yaxşı dinləmək, saf-çürük etmək lazımdır. Ziyalının dediyi söz dövlətimizin də, xalqımızın da, bayrağımızın da, pulumuzun da xeyrinə işləyər. Amma bəzən ziyalılara qarşı qeyri-adekvat reaksiyaların da şahidi oluruq. Bəzən fikirləşmədən, tələm-tələsik qərarlar qəbul olunur. Mənim xoşuma gəlməyən bir ifadə də var. Bəzən görürsən kimsə nəsə təkliflə çıxış edir, başqaları durub sual edirlər – «O kimdir axı?» Məncə «o kimdir» sualını ümumiyyətlə, leksikonumuzdan çıxartmalıyıq. Əgər dövlət olmaq, xalq olmaq, dünyada sayılıb-seçilmək istəyiriksə, bunu mütləq etməliyik. Hamımızın bir müəllifi var, o da Allahdır. Əgər Allah məsləhət bilib bizi yaradıbsa, ikinci bir bəndənin onun yaratdığı əsərə «bu kimdir» deyə müraciət etməsi yersizdir. Bizim heç birimizin bu sualı verməyə haqqımız yoxdur. Bu, nə Allaha xoş gələn şeydir, nə də cəmiyyətə.

- İndiki məqamda ziyalılar dövlətdən və cəmiyyətdən nə umurlar?

- Bilirsiniz, mən indi hamının adından danışa bilmərəm. Hamının adından danışsam, yaxşı çıxmaz. Ancaq özümdən soruşursunuzsa, deyim. Öz adımdan deyə bilərəm ki, şəxsən dövlətdən yalnız bir umacağım var. Bu da odur ki, dünyada sayılıb-seçilən olsun, sözü keçsin, ona hörmətlə yanaşsınlar. Yeganə umacağım budur. Xahiş edirəm, səmimiyyətimə inanın, başqa heç bir umacağım yoxdur. Amma indi dövlətdən və cəmiyyətdən umacağı olan ziyalılar da var. Bəzən bunun üçün onların haqqı olur. Subardinasiya deyilən bir şey var. Onu hamımız gözləməliyik. Gözləməyəndə istər-istəməz xoşagəlməz hallar yaşanır. Həm də axı ziyalı, yazıçı, dövlət xadimi olmazdan qabaq bizim hamımız insanıq. Bizim hamımız ailələrdə yaşayırıq. Hər birimiz ayrı-ayrılıqda kiçik bir dövlətin başçısıyıq. Tutaq ki, qonşuda biri ziyalı pərdəsi altında, bu addan istifadə edərək «yarıyırsa», uşaqlarımız da onu misal gətirib «Filankəsin atası gör nələrə nail olub» - deyirsə, əsl həqiqəti uşağa başa salmaq çətin olur. Uşaqların bu cür məsələlərə münasibəti çox həssasdır. Onlar əsl reallığı başa düşmək üçün böyüməlidirlər, təhsildən bəhrələnməlidirlər. Əlbəttə ki, nə vaxtsa özləri başa düşəcəklər. Başa düşməyin də iki forması var - biri var səni başa salırlar, biri də var özün başa düşürsən, dərk edirsən. Yuxarıda qeyd etdiyim nümunədə uşağı başa salmaq çətindir. Gərək o, özü böyüyüb başa düşsün. Belə olanda daha möhkəm olur. Amma uşağın böyüməsini gözləyənə qədər ziyalı çox məhrumiyyətlərlə üzləşir. Problem bundadır.

İlham QULİYEV
"Kaspi"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:59 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01