Modern.az

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO  

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO   

11 Dekabr 2018, 16:19

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti görkəmli dövlət xadimi mərhum Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanda onun məzarını ziyarət edib.


Modern.az
xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, DTX-nın N saylı hərbi hissəsinin əsgər və zabitləri ümumilli liderin məzarı önünə əklil qoyub, hörmət və ehtiramlarını ifadə ediblər.

Mərhum prezidentin məzarını ziyarət edən əsgərlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev də olub.

DTX-nin ziyarətə gələn heyəti daha sonra mərhum akademik Zərifə Əliyevanın xatirəsini yad edib, məzarı üzərinə gül-çiçək düzüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir