Arxiv
15 Fervral 2019, 11:53 | HADİSƏ
Qadınlar niyə kişilərlə eyni yas məclisində əyləşə bilməz? - İlhayiyyatçı mübahisəni İZAH ETDİ  

“Yas məclislərində qadın və kişilərin ayrı-ayrılıqda dini ayinləri icra etməsi dinin tələbi deyil”.
 

Bu barədə Modern.az-a dəfn və yas adətlərindən, bu mərasimlərin dini xüsusiyyətlərindən danışarkən tanınmış ilahiyyatçı hacı Şahin Həsənli bildirib. O qeyd edib ki, xristian dünyasında yas məclislərində qadınlar və kişilər birlikdə iştirak edirlər:

“Əslində isə bu ənənə insanların, xüsusilə qadınların rahatlığı üçün belə formalaşdırılıb. Qadınların yas məclisini idarə etmə qaydaları, dini ayinləri icra etmə şəkli təbii olaraq, kişilərdən fərqlənir. Ona görə, bu ayinlərin sərbəst icra olunması üçün qadın və kişi məclislərinin ayrı-ayrı qurulması keçmişdən məqsədəuyğun hesab edilib.

Xristian dünyasında da dindən irəli gələn və dinin tələb etmədiyi, insanların rahatlığı üçün formalaşdırılan fərqli ənənələr var. Məsələn, bu gün xristian qadınlar kilsəyə daxil olanda baş örtüyündən istifadə edirlər. Bu, dinin qoyduğu qaydadır. Yas məclisləri, kişi və qadınların ibadət mərasimlərində isə ayrılıq tələb olunmur. Bu, dediyim kimi, xalqların adət-ənənələri ilə bağlıdır, şəriətin hökmləri, dinlərin tələbləri olaraq ortaya qoyulmur”.

Buna baxmayaraq, hacı Şahin Həsənli diqqətə çatdırıb ki, dəfn prosesində qadınların iştirakı dində qadağan olmasa da, bəyənilməyən əməldir:

“Qadınların dəfndə iştirakı məkruh hesab olunur. Bu, dini termindir, mənası bəyənilməyən əməl deməkdir. Qadınlar daha çox emosional olur, dəfn zamanı onlar kişilərdən çox ağrı-acı yaşayırlar. Hətta bəzi hallarda qadınlar dəfn prosesinə mane ola bilirlər. Onların öz səhhətləri üçün də müsbət nəticələnməyəcək bu əməl ona görə bəyənilmir. Dinimiz bunu qadağan etmir, yəni hökm olaraq, olmaz deyilmir. Mən bir sıra İslam ölkələrində, xüsusilə, İranda görmüşəm ki, qadınlar dəfn prosesində iştirak edirlər. Əksər İslam ölkələrində isə adətən belə qəbul olunur ki,  dəfn prosesində qadınlar iştirak etməsin”. 



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18