Arxiv
17 mart 2019, 15:20 | REPORTAJ
Ömürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ

Ölkə başçısının ötən gün imzaladığı əfv sərəncamı icra olunub.

Prezident İlham Əliyevin mayın 16-da imzaladığı sərəncamının icrasını jurnalistlər də izləyiblər.

Modern.az-ın da əməkdaşı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində, Qobustanda yerləşə qapalı Həbsxanada və Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə müəssisəndə əfv sərəncamının icrasını müşahidə edib. 

14 saylı cəzaçəkmə müəssisəsində 12 nəfər,  Qobustan Həbsxanasında 5 nəfər (3 ömürlük azadlıqdan məhrum edilən məhkumun cəza müddəti azaldılıb), 5 saylı Cəzaçəkmə müəssisəsində isə 13 nəfər əfv olunub.

Ədliyyə Nazirliyi Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, polkovnik Ağəli Xəlilov əfv sərəncamının icrası barədə danışıb:

"Ölkəmizdə aparılan bütün islahatlat xalqımızın rifahına xidmət edir. Cənab Prezident İlham Əliyev və çox hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara yanaşmasında humanizm prinsipi əsas götürülür. Bildiyiniz kimi, ölkəmizdə amnistiya aktları qəbul olunur, Prezidentimizin əfv sərəncamı olur. Budəfəki Novruz bayramı ərəfəsində, 16 mart 2019-cu il tarixində cənab Prezidentimizin imzaladığı əfv sərəncamı bir çox ailələrin sevincinə səbəb oldu".

Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü Rauf Zeyni əfv sərəncamının icrası mərasimində çıxışı zamanı əfv sərəncamının 431 məhkuma şamil olunduğunu xatırladıb.

"Novruz Bayramı ərəfəsində belə bir sərəncamın verilməsi çox humanist addımdır. Bu sərəncamla əfv olunanların ailəsində ikiqat sevinc yaşandı. 2003-cü ildən bəri 33 əfv sərəncamı imzalanıb. Bununla əlaqədar minlərlə insan məhkumluqdan azad olunub. Bu çox böyük  diqqət və qayğıdır. Ölkə prezidenti daim vətəndaşlara qayğı göstərir. Azərbaycan xalqı ölkə Prezidenti İlham əliyevin və birinci-vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirir. Bu gün 431 ailənin sevinci bütün xalqın sevincinə qarışır".

Məhkəmənin 1995-ci il 22 fevral tarixli hökmü ilə məhkum edilmiş və ömürlük azadlıqdan məhrum edilmiş Yadigar Baxşəliyev deyib ki, ömrünün 24 ilini həbsxanada keçirib:




"24 il öncə qətl törədib həbs olunmuşdum. Bir səhv bütün həyatımın məhv olunması iulə nəticələndi. Ömürlük həbs olunmuşdum, heç çıxacağımı düşünmürdüm. Prezidentimizin sərəncamı ilə əfv olundum. Çox sevincliyəm. 11 ay sonra inşallah azadlığa çıxacam".

"Qara kəmər" əməliyyatı nəticəsində həbs edilmiş və ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi, polis polkovniki Kamil Sədrəddinov uzun illər məsul vəzifələrdə çalışdığını deyib. K.Sədrəddinovun ömürlük həbs cəzası  20 ilə endirilib:



"30 ildən artıq xidmət etmişəm. Xidmətlərim dövründə ulu öndərimiz tərəfindən "İgidliyə görə" ordeni ilə təltif olunmuşam. Tabeçiliyimdə olan əməkdaşa nəzarəti lazımı dərəcədə həyata keçirmədiyim üçün bu cəzaya məhkum olunmuşam. Bu cəzanın üzərimdən nisbətən götürülməsində əməyi olan ölkə başçımız İlham Əliyevə, birinci-vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərimi bildirirəm. Daxili işlər naziri Ramil Usubova da təşəkkürümü bildirirəm, bu illər ərzində mənim qayğımı çəkib, mənim necə bir əməkdaş olduğumu, necə tədbirlər keçirdiyimi çox gözəl bilir. Sağ olsunlar ki, bu ağır cəzanın üzərimizdən götürülməsində öz səy və bacarıqlarını əsirgəmədilər. 
Sonuncu dəfə Daxili İşlər Nazirliyində Daxili Təhlükəsizlik İdarəsinin rəis  müavini vəzifəsində çalışmışam. 14 il Baş cinayət axtarışı  idarəsində şöbə rəisi olmuşam. Ondan əvvəl Rusiyanın Kemerovo vilayətində 16 il çalışmışam. 1990-cı ildən xidmətimi Azərbaycanda davam etdirirdim. O müddətdən 2005-ci ilə qədər adını çəkmək istəmədiyim (adam oğrusu Hacı Məmmədovu nəzərdə tutur) tabeçiliyimdə olan əməkdaşın törətdiyi xüsusilə ağır cinayətlərə görə 2 polis əməkdaşı, bir general, bir polkovnik məsuliyyətə cəlb olunub. Bu məsuliyyətə cəlb olunmaqda əsas səbəbkar olan şəxslər öz cəzalarına çatıblar".

K.Sədrəddinov adam oğurluğunda, qətllərdə və digər ağır cinayətlərdə təqsirləndirilən Daxili işlər Nazirliyi Baş cinayət axtarış idarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi 25 nəfərdən ibarət dəstənin üzvü kimi məhkum edilmişdi.


Daha bir ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Daşqın Quliyev:

"Çox sevincliyəm. Ömürlük məhkum olunmuşdum, ölkə başçısının sərəncamı ilə əfv sərəncamı ilə cəzam 20 ilə endirilib. Cəzamın 18 ilini çəkmişəm, 2 ili qalıb. Ölkə Prezidentinə və ailəsinə həm öz adımdan, həm də ailəmin adımdan təşəkkür edirəm. Zərərçəkmişin ailəsində də təşəkkür edirəm ki, mənim əfv olunmağım müracət edib". 


Övladı əfv olunan Vüsalə Bağırova deyib ki, ölkə prezidenti onların ailəsini bayramda ikiqat sevindirib.

"Bu gün mənim oğlum əfv olundu. Bir ana üçün bundan böyük hədiyyə ola bilməz. Ölkə Prezidentinə və onun ailəsinə təşəkkür edirəm".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44