Arxiv
31 mart 2019, 15:36 | PARLAMENT
“Sevincin atası Osman müəllimi və əmisi İmran Mirzəyevi yaxşı tanıyırdım…” - DEPUTAT

Sevinc Osmanqızına bir-iki məsləhət

 

Mən bəzi siyasət alverçilərinin, yalançı vətənpərvərlərin, vətəninə, xalqına qara yaxanların saxta icmallarına, müsahibələrinə, reportajlarına bir o qədər də əhəmiyyət vermirəm.

 

Çünki onların hamısı bir-birini tamamlayır və hiss olunur ki, eyni mənbədən qidalanırlar. Reallıqdan uzaq olan, əsaslı faktlara arxalanmayan bu müsahibələrin çoxunun təhqir, söyüş xarakterli olması isə bu adamların hansı məqsədə, əqidəyə, əxlaqa malik olduğunu açıq-aşkar göstərir. Azərbaycan xalqının əxlaqına, mənəviyyatına, milli dəyərlərinə zidd olan bu ifadələr mənə görə kimisə təhqir etmək, söymək yox, bütöv bir xalqa hörmətsizlikdir, sayğısızlıqdır.

 

Çünki nöqsanı olanı olanı atalarımız, babalarımız söyüşlə yox, təmkinlə, ağılla, əyani nünunə ilə başa salıblar, düz yola qaytarıblar. Digər tərəfdən, tənqidin konkret ünvanı obyekti olmalıdır. Böyük bir xalqı müti, qoyun, yaltaq, fərasətsiz kimi qələmə vermək, dövlət rəhbərlərinin, məmurların, millət vəkillərinin, ziyalıların ünvanına ən təhqiramiz ifadələr işlətmək, onların ailə üzvlərini, qohum-əqrabalarını rüsvay etmək insanlığa, azərbaycanlı adına yaraşan hal deyil.

 

Dünyada nöqsansız dövlət və səhvə yol verməyən insan yoxdur. Kiminsə səhvini, çatışmamazlığı bütün cəmiyyətə şamil etmək, xalqın, dövlətin adına yazmaq isə yolverilməzdir, ədalətsizlikdir. Əxlaqsız kəlmələrin, hələ dünyanın gəldi-gedərinin, xalqın-millətin kim, dövlətin, torpağın nə olduğunu bilməyənlərin, hələ ağlı, şüuru bir o qədər də formalaşmayanların dilindən eşitmək adamda o qədər narahatçılıq doğurmasa da, ancaq bunu az-çox nəsli-nəcabəti ilə tanınan, müəyyən savad sahibi, dünyagörüşü olan insanların dilindən eşitmək çox təəssüfedicidir.

 

 

Fikirlərim Sevinc Osmanqızına daha çox aiddir. Mən Sevincin atası Osman müəllimi və əmisi İmran Mirzəyevi yaxşı tanıyırdım. Savadlı, obyektiv, xeyirxah, vətənpərvər insanlar idilər. Rəhmətliklərin dilindən inciyən, əməllərindən əziyyət çəkən olmamışdı. Yaxşı, ziyalı insanlardı. Ancaq Sevinc Osmanqızının icmallarında, müsahibələrində, söhbətlərində tamamilə başqa bir əxlaq, xalqa, dövlətə başqa yanaşma görürəm. Son günlərdə onun dövlət məmurları, ziyalılar, millət vəkilləri haqqında söylədiyi ifadələr isə məni tamamilə ağrıdır. Çünki Sevinc millət vəkillərinin hamısını oğru, yaramaz, yaltaq, ikiüzlü adlandırmaqla bir xalqın seçiminə hörmətsizlik göstərir. Ilk növbədə özünü təhqir  edir, əxlaqını ortaya qoyur, əslinin, kökünün ruhunu incidir. Onun jarqon ifadələri azərbaycanlı adına, ana adına, qadın adına, jurnalist peşəsinə ziddir. Sevinc bir qadın, ana kimi özünə hörmət qoymur. Axı, parlamentdə tanınmış alimlərimiz, akademiklərimiz, ziyalı qadınlarımız, ağsaqqalarımız  təmsil olur. Onları təhqir etmək nə dərəcədə doğrudur?

 

 

Milli Məclisin sədri haqqında həqiqətlərə uyğun olmayanları dilə gətirmək və yaraşmayan ifadələr işlətmək qadına, insana yaraşarmı? Oqtay Əsədovun atası Sabir müəllim tarixi düşmənlərimiz olan ermənilərə qarşı mübarizə apardığı, erməni faşistlərinin iç üzünü dünyaya bəyan etdiyi, buna görə təqiblərə, çətinliklərə məruz qaldığı, ancaq öz yolundan bir an belə çəkinmədiyi, dönmədiyi dövrlərdə, illərdə Sevinc harada idi? Bəlkə hələ də doğulmamışdı. Milli Məclisdə təmsil olunanların bəziləri Sevincin atası yaşındadır. Onları təhqir etməklə, o, öz böyüklərinə hörmətini ifadə edirmi, yaxud, hörmət qazanırmı?

 

Milli Məclis üzvlərinin əmək haqqının miqyasını, miqdarını dəqiq bilmədiyi halda, yalançı rəqəmlər ətrafında manipulyasiya etmək, əmək haqqını yalandan şişirdib 6-7 min manat miqdarında göstərmək və bununla da deputatların haram yolla dolanmaqları barədə təsəvvürlər yaratmağa cəhd, əslində millət vəkillərinin deyil, Sevincin özünü gözdən salır və onun yalançı obrazını yaradır, insanların ona olan inamını sarsıldır. Biz hardan və nə qədər əmək haqqı aldığımızı bilirik. Bunu xalq da bilir. Ancaq Sevincin hardan və kim tərəfindən maliyyələşdirildiyi, nə qədər məvacib aldığı heç kimə dəqiq məlum deyil. O, ABŞ-da elə-belə oturmayıb. Qəpik-quruşla dolanmır və ac-yalavac həyat keçirmir.

 

Mən Sevinc Osmanqızını təhqir etmək, onun şəxsiyyətinə toxunmaq fikrində deyiləm. Çünki o, qadındır, azərbaycanlıdır, anadır.

 

Ancaq bir-iki məsləhətimi çatdırmaq istərdim. Bir vətəndaş kimi bunu özümə borc bilirəm. Qoy Sevinc azərbaycanlı adını, əxlaqını, milli-mənəvi dəyərlərini qorusun, uca tutsun. O, qadın, ana olduğunu unutmasın. Qadına xas olan ifadələr işlətsin, hərəkətlər etsin, jurnalist peşəsinə, insan hüquqlarına hörmət qoysun.

 

Yoxsa, təhqirlərinə ciddi cavablar alar və əzizlərinin ruhunu daim narahat edə bilər.

 

Tahir RZAYEV,

Millət vəkili

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Mesut Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33