Arxiv
5 Aprel 2019, 08:07 | DİASPOR
Amerikaya köçən Azərbaycanın əməkdar artisti

ABŞ-a gəlişinin tarixi elə də uzaq deyil, cəmi iki ildir ki, Nyu Yorkda yaşayır. Bu qısa müddətdə bir sıra uğurlara imza da atıb. Dünyanın 63 ölkəsində 12 min klubu olan "Zonta" beynəlxalq qadın təşkilatının Nyu York klubunun prezidenti seçilib. "Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti"nin təsisçisi və rəhbəridir. Tez-tez konsertlər təşkil edir, hazırda aprelin 24-də Nyu Yorkda keçiriləcək növbəti konsertə hazırlaşır…


…Atası Ramiz Əliyarov texnika elmləri namizədidir. Uzun illər Azərbaycan Dillər Universitetində informatikadan dərs deyib. Anası Svetlana Nəcəfova "Azərbaycan Qadını" jurnalında baş redaktorun müavini işləyib…


Haqqında söhbət açdığım Nərgiz Əliyarova Bakıda dünyaya gəlib. 1986-cı ildə Bülbül adına orta-ixtisas məktəbini qızıl medalla bitirib. 1986-1991-ci illərdə indiki Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində təhsil alıb. Oranı "Lenin təqüdü" ilə oxuyaraq, sonda fərqlənmə diplomuna layiq görülüb. 1991-1993-cü illərdə həmin akademiyanın aspiranturasında elmi araşdırmayla məşğul olub. Eyni zamanda, 1992-ci ildə müəllim kimi dərs deməyə başlayıb. 2017-ci ilədək Bakı Musiqi Akademiyasında baş müəllimdən professor vəsifəsinədək yüksələ bilib. 

2000-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 

2008-ci ildə isə "Azərbaycanın əməkdar artisti" fəxri adına layiq görülüb. Həmin il İtalyada pianoçuların beynəlxalq müsabiqəsinin laureatı olub.

2015-ci ildə ona "Nərgiz Əliyarova Şopenin əsərlərini ifa edir" kompakt diskinə görə "Azərbaycan Dövlət Mükafatı" təqdim olunub. Bütün bunlardan əlavə onun "Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir", "Nərgiz Əliyarova Hayden, Motsart və Bethovenin əsərlərini ifa edir" kompakt diskləri də işıq üzü görüb…



…Üç övladı var, iki qız, bir oğlan. Böyük qızı Ülkər xanım London Universitetinin fizika fakültəsinin sonuncu kurs tələbəsidir. İkinci qızı Nərmin xanım Epson kollecində oxuyur. Oğlu Əli bəy isə Nyu Yorkdakı məktəblərdən birinin 4-cü sinif şagirdidir…


Deyir ki, Amerikaya gələndə tanışlarının çoxu onu depressiyaya düşəcəyilə qorxudurmuş:

“Və tezliklə geri dönmək istəyəcəyimi söyləyirdilər. Amma bu baş vermədi. Mən həyatı olduğu kimi qəbul edən insanam. Onun hər bir anını məmnun yaşamağı xoşlayıram. Doğrudur, Nyu York küçələrinin zibilli olması məni çox məyus edir, amma bu şəhəri bütün nöqsanları ilə sevirəm. Bu şəhər mənim arzularımın şəhəridir. Əgər insan istəsə burada özünə maraqlı həyat qura bilər. Hər gün oğlumu dərsə aparanda bir yaradıcı adam kimi ətrafıma göz gəzdirib düşünürəm, mən həqiqətən də imkanların məhdudiyyət tanımadığı bir ölkədə yaşayıram"…

İngilis, fransız, türk dillərində danışa bilir. Mütaliə etmkdən zövq alır. 
İnanırıq ki, ciddi, bir az da romantik görünən bu xanımın Amerikada nail olacağı əsas uğurlar hələ irəlidədir. Fortepianoda musiqi əsərlərini xüsusi istedadla amerikalılara təqdim etdikcə, gurultulu alqışlara tuş gəlir. Bu alqışlar, həm də Azərbaycan musiqisinin nə qədər zəngin olduğuna amerikalıların heyrətinin təcəssümüdür. 

Bəli sevilmək, sənətini sevə-sevə təqdim edənlərin alın yazısıdır…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçısının işdən çıxardığı müavini ÖLKƏDƏN QAÇDI 11 Dekabr 2019, 09:47 Gürcüstan-Azərbaycan sərhədində İNSİDENT - yaralanan var 11 Dekabr 2019, 09:40 Xaricdəki azərbaycanlılardan MESAJ: “Yeni seçiləcək deputatlara ümid edirik” 11 Dekabr 2019, 09:39 Ermənilər mövqelərimizi atəşə tutdu 11 Dekabr 2019, 09:29 Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur 11 Dekabr 2019, 09:19 Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər… 11 Dekabr 2019, 08:46 Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı 11 Dekabr 2019, 08:41 Çempionlar Liqasında 6-cı tur yekunlaşır - “Qalatasaray” üçün çətin sınaq - TƏQVİM 11 Dekabr 2019, 08:28 Bu komandalar da Çempionlar Liqasının 1/8 finalına çıxdılar 11 Dekabr 2019, 08:23 Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34 Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu 10 Dekabr 2019, 23:10 “Olduqca vacib vəsaitdir” - Ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı 10 Dekabr 2019, 22:47 Nobel mükafatlarının təqdimatı oldu 10 Dekabr 2019, 22:24 “EuroHome”un qarşısında bədbəxt hadisə: 2 ölü 10 Dekabr 2019, 22:07 Azərbaycan neftinin qiyməti dəyişdi 10 Dekabr 2019, 21:52 Sabiq müdafiə naziri güllələndi 10 Dekabr 2019, 21:37 ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar 10 Dekabr 2019, 21:22 Britaniya səfiri Şəkidə 10 Dekabr 2019, 21:08 Gələn ildən “WhatsApp” bu telefonlarda işləməyəcək 10 Dekabr 2019, 20:53 Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi 10 Dekabr 2019, 20:51 Pompeo ilə Lavrov arasında görüş keçirilir 10 Dekabr 2019, 20:41 Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…” 10 Dekabr 2019, 20:33 Şirvanda yeni doğulan körpə öldü 10 Dekabr 2019, 20:16 Putin qardaşının ölümündən danışdı 10 Dekabr 2019, 20:02 Messi “İnter”lə matçda oynamayacaq 10 Dekabr 2019, 19:44 Gəncədə qadın əməliyyat zamanı öldü 10 Dekabr 2019, 19:28 Yol polisinin saxladığı şəxs özünü bıçaqladı 10 Dekabr 2019, 19:11 Gömrük Akademiyasında seminar keçirilib 10 Dekabr 2019, 18:58 Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi 10 Dekabr 2019, 18:41 Başqasının yerinə imtahan verənlər cinayət məsuliyyətinə cəlb olunacaq - QƏRAR 10 Dekabr 2019, 18:27