Modern.az

Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu

Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu

Dünya

20 Aprel 2019, 21:43

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunda güclü qar yağış nəticəsində 60-dan çox kəndlə əlaqə yolu bağlanıb.

Modern.az  “Trend”ə istinadən məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Vərzəqan rayonu yol idarəsinin rəisi Cabir Həbibi İSNA-ya açıqlamasında deyib.

C.Həbibinin sözlərinə görə, rayonun Xarvana bölgəsində qarın hündürlüyü 40 santimetrdən çoxdur.

Həbibi əlavə edib ki, qar yağışı qışda yağan qara bənzəyir: “Rayonun əsas yolları açıqdır. Kənd yollarının açılması üçün qarın təmizlənməsi əməliyyatı sürətlə davam edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü