Arxiv
24 Aprel 2019, 10:53 | ANALİTİKA
Çin gizlədir, ABŞ açıqlayır -  Rusiya isə “14 kilometr” irəlidədir  

Dənizdə hərbi rəqabət əsasən ABŞ, Rusiya və Çin arasındadır. Gələcəkdə dənizdə pilotsuz sualtı aparatlar hökmranlıq edəcəklər, Vaşinqton, Moskva və Pekin də perspektiv hərbi strategiyalarında bu məsələyə xüsusi yer ayırıb.

 

Çinin məxflilik siyasəti

 

Maraqlıdır ki, XXI əsrin başlanğıcından Çin avtomoatik sualtı aparatların hazırlanması texnologiyasının hamısını məxfiləşdirib.

Ekspertlər bildirirlər ki, Çinin sualtı pilotsuz aparatların inkişafında töhfəsi böyükdür. Rəsmi Pekinin bu töhfəsini nüvə proqramı ilə müqayisə etmək olar.

Çindən fərqli olaraq isə ABŞ bu sferada əldə etdiyi naliyyətlər haqda açıq danışır.

Pilotsuz sualtı aparatlar həm dənizin üzərində, həm də suyun altında müharibə aparılmasında əsas alətdir.

Hazırda hərbi dəniz qüvvələrindəki silahlandırılma sistemləri daha da müasirləşdirilib.

Pentaqon bildirir ki, Amerikanın hərbi dəniz qüvvələrinin balansında olan sualtı aparatlar fasiləsiz olaraq patrul çəkmək xidmətlərini yerinə yetirirlər.

Həmçinin döyüş hərəkətlərinin olacağı güman edilən ərazilər haqda informasiya toplayır və həmin məlumatları yerüstü nəzarət məntəqəsinə ya da sualtı gəmilərin komandirlərinə ötürür.

Eyni zamanda bu aparatlar sualtı və suüstü obyektlər arasında infomasiya mübadiləsinin sabitliyini təmin etməklə mobil mərkəz rolunu oynayır.

Pilotsuz sualtı aparatlardan ibarət olan belə şəbəkələrin yaradılması rəqib üzərində üstünlüyü təmin edir.

 

Mütəxəssislər ABŞ-ın pilotsuz aparatlarının imkanlarını qiymətləndirib bu nəticəyə gəliblər ki, onlar torpedoları, minaları və başqa hərbi vasitələri nəql etmək üçün istifadə olunurlar.

Bu halda Amerikanın “Manta” layihəsi diqqətəlayiqdir. Belə ki, böyük sualtı pilotsuz aparat sürətli torpedoları daşımaq qabiliyyətinə malikdir.

“Manta” layihəsinin qurğularında süni intellektdən istifadə olunur.   

Başqa sualtı aparatlar 500 metr maksimal dərinlikdə işləmək gücündə olsalar da, “Manta” 500 metrdən də artıq dərinliyə enib orada işini görə bilir.

 

Qüdrətli “Poseydon”

 

Rusiyanın da imkanları və sulardakı döyüş potensialı kifayət qədər güclüdür.

Rusiya dəniz qüvvələrinin balansında olan sualtı gəmilər dünyada ən müasir və analoqsuz hesab olunur.  Çin mətbuatı yazır ki, bütün dünya “Poseydon” sualtı gəmisinə heyrandır. Ekspertlər hesab edirlər ki, bu aparat universaldır, nüvə döyüş başlıqları ilə təchiz edilmiş raketlərdən istifadə edə bilir.

“Poseydon” əməliyyat zamanı hər hansı məhdudiyyətlə üzləşmir və saatda 200 kilometr sürətlə istənilən torpedonun yerindən uzaqlaşmasına imkan verir.

 

Bu aparatın enmə dərinliyi rəsmən elan edilməyib. Lakin mətbuatda çıxan xəbərlərə görə, gəminin korpusunun möhkəmliyi onun 14 kilometr dərinliyə qədər enməsinə şərait yaradır.

Beləliklə demək olar ki, “Poseydon”un rəqiblərindən fərqli olaraq dərinə enmək bacarıqları çoxdur.

Hərbi dəniz qüvvələri üzrə mütəxəssislər bildirirlər ki, bu cür pilotsuz sualtı vasitələr  buz altında olan Arktikada tam nəzarəti təmin edə bilər.

 

Qeyd edilir ki, heç bir sualtı dəniz aparatı buz altından “Poseydon”u “yarıb” Rusiya sahillərinə yaxınlaşa bilməz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44 Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub 21 May 2019, 16:27 Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqləndi - FƏRMAN 21 May 2019, 16:25 Yazıçımız Rusiyada təltif olunacaq 21 May 2019, 16:11 “Cinlərə qonaqlıq vermək” adı ilə vətəndaşları aldadan ana və oğulun məhkəməsində olanlar... 21 May 2019, 15:51 Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var 21 May 2019, 15:48 Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM 21 May 2019, 15:40 Rövşən Rzayev problemləri dinlədi 21 May 2019, 15:32