Arxiv
3 May 2019, 18:24 | TƏHSİL
Başqalarının yerinə qəbul imtahanı vermək istəyənlər ifşa olundu - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) və Baş Prokurorluun mətbuat xidməti  qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyən şəxslərlə bağlı birgə məlumat yayıb.

DİM və Baş Prokurorluğun mətbuat xidmətlərindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilib, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.


“Lakin təəssüflər olsun ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir.

Belə ki, Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, ayrı-ayrı hallar üzrə Alışanlı Təbib Natiq oğlunun Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlunun iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlunun iki halda Seyidov Baba Ehtiram oğlunun və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil olunmuş qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınıb.

Habelə müəyyən olunub ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu, Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəliblər.

Sadalanan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı hər iki qurum tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi 14 Noyabr 2019, 13:08 Ermənilər Qarabağda qəzaya düşdü: 3 ölü 14 Noyabr 2019, 13:05 Ordumuz əməliyyat təlimi keçirdi - Yerdəyişmə tapşırıqlarını icra etdi - VİDEO 14 Noyabr 2019, 13:04 “İnsanlar adi qaydada pul qazanmaq imkanından məhrumdurlar” - Deputat 14 Noyabr 2019, 13:02 Ceyhun Bayramov 3 ölkənin Təhsil nazirləri ilə görüşüb - FOTO 14 Noyabr 2019, 12:56 Deputat “bahalı toy müğənniləri”ni daha çox vergiyə cəlb etməyə ÇAĞIRDI 14 Noyabr 2019, 12:55 Elektriklə işləyən maşınlar rüsumdan azad ediləcək? - Gömrük Komitəsindən AÇIQLAMA 14 Noyabr 2019, 12:50 Builki yol qəzalarında 557 nəfər ölüb, 1178 nəfər yaralanıb 14 Noyabr 2019, 12:49 Bakıda yağış, rayonlarda isə qar yağacaq 14 Noyabr 2019, 12:48 “Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu -VİDEO 14 Noyabr 2019, 12:39 Bina tikən sahibkarlara gələn ildən vergi güzəşti ediləcək 14 Noyabr 2019, 12:38 Generaldan həyəcanlı ETİRAF: “ABŞ Rusiya ordusu ilə Suriyada toqquşa bilər” 14 Noyabr 2019, 12:34 “İnsan hər sözü üçün Allah qarşısında məsuliyyət daşıyır” - Allahşükür Paşazadə  14 Noyabr 2019, 12:30 Ziyad Səmədzadə Vergi Məcəlləsinə dəyişiklikləri ŞƏRH ETDİ 14 Noyabr 2019, 12:23 Nazirlik şəhid ailələri və müharibə əlillərini mənzillə təmin etdi - FOTO 14 Noyabr 2019, 12:23 Almaniyada saxlanılanlardan biri Mədət Quliyevin işdən qovduğu rəisdir - FOTO 14 Noyabr 2019, 12:21 İlham Əliyev Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi 14 Noyabr 2019, 12:18 UNEC İsrailin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır - FOTO 14 Noyabr 2019, 12:13 Erməni dünya çempionu Moskvada öldürüldü 14 Noyabr 2019, 12:10 “Azəristiliktəchizat” qiymətləri artıracaq? - “Hazırda hesablamalar aparılır” 14 Noyabr 2019, 12:08 Yeni dərs ilində cəzalandırılan direktor və müavinlərin sayı AÇIQLANDI 14 Noyabr 2019, 12:07 Bakıda binaların istiliklə təminatı niyə mümkün deyil? - AÇIQLAMA 14 Noyabr 2019, 11:57 UEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyib 14 Noyabr 2019, 11:53 Tələbə dərsə tüfənglə gəldi: 3 ölü, 2 yaralı 14 Noyabr 2019, 11:50 Musa Yaqub oxucularının görüşünə yeni kitabla gəldi 14 Noyabr 2019, 11:46 ““Azəristiliktəchizat”-ın “Azəriqaz”a borcu var” - ETİRAF 14 Noyabr 2019, 11:46 Nazir Kürdəmirdə, müavinləri Ucar və Zərdabda qəbul keçirəcək 14 Noyabr 2019, 11:44 “Azəristiliktəchizat” istilik sistemlərinin işə düşəcəyi vaxtı açıqladı 14 Noyabr 2019, 11:40 İki vəzifəli şəxsə korrupsiyaya görə cinayət işi açıldı - RƏSMİ 14 Noyabr 2019, 11:35 Ermənilərin arzusu çin olmadı - ABŞ Senatı “soyqırımı”nı tanımayacaq 14 Noyabr 2019, 11:33 “Etdikləri əməllərə görə Almaniya qanunları qarşısında cavab versinlər” - YAP-dan mühacirlərin həbsinə REAKSİYA 14 Noyabr 2019, 11:31 “Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi - VİDEO 14 Noyabr 2019, 11:27 “Yas mərasimlərində 10 milyon manata qənaət olunub” - Din xadimi 14 Noyabr 2019, 11:23 “Sosial Layihələr” müsabiqəsinin BMU-da təqdimatı keçirilib - FOTO   14 Noyabr 2019, 11:21 “Dünya dini liderlərinin II Bakı sammiti böyük əhəmiyyət kəsb edir” 14 Noyabr 2019, 11:19