Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını təxirə salmaq istəyir.
Modern.az saytının xəbərinə görə, bu haqda nüfuzlu “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, Türkiyə ABŞ-ın çağırışlarını nəzərə alaraq S-400-lərlə bağlı məsələni yenidən nəzərdən keçirir.
“ABŞ və Türkiyə arasında S-400-lərin alınmasının təxirə salınması üçün danışıqlar aparılıb”-deyə “Bloomberg” yazıb.
Bundan əvvəl, mayın əvvəlində Almaniyanın “Bild” nəşri Türkiyənin diplomatik dairələrinə istinadən yazmışdı ki, Türkiyədə iqtisadi vəziyyətin pisləşməsi və lirənin qiymətinin kəskin ucuzlaşması səbəbindən Ankara S-400-lərin alınması ilə bağlı məsələni yenidən nəzərdən keçirmək niyyətindədir.
Lakin Türkiyənin Prezident Administrasiyası bu məlumatı təkzib etmişdi.
Qeyd edək ki, ABŞ S-400-lərin Türkiyəyə tədarükünə qarşıdır.