Modern.az

Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır”

Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır”

20 May 2019, 13:27

“Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar Azərbaycanın bütün mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bununla bağlı Mədəniyyət Nazirliyində iclas keçirilib: “Bu gün səhər bu məsələ və digər tədbirlərlə bağlı iclas keçirilib və tapşırıqlar verilib. Ümumilikdə, respublika üzrə muzey və teatr müəssisələri yayın ortasına qədər fəaliyyət göstərəcək və daha sonra tətilə çıxacaq”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi