Modern.az

Bir şəklin tarixçəsi: Düz 41 il əvvəl “Arsenal”ın oyununu idarə etmiş azərbaycanlı hakim

Bir şəklin tarixçəsi: Düz 41 il əvvəl “Arsenal”ın oyununu idarə etmiş azərbaycanlı hakim

Reportaj

29 May 2019, 22:41

Yaşlı nəsil azarkeşlər onu yaxşı xatırlayar, 1970-80-ci illərdə beynəlxalq dərəcəli bir futbol hakimimiz vardı – Eldar Əzimzadə. 1979-cu ildə futbol mövsümünün yekunlarına görə o, Sovet İttifaqının 1 nömrəli hakimi seçilmişdi.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi növbəti foto 2019-cu il mayın 29-da AvroLiqanın finalında oynamaq üçün Bakıya gəlmiş “Arsenal” və məşhur futbol hakimi Eldar Əizmzadəyə həsr olunur.

Fotoşəkil futbol tədqiqatçısı Rasim Mövsümzadənin arxivindəndir.

Zaman 22 noyabr 1978-ci il. Məkan Belqrad şəhəri. UEFA kuboku - 1/8 finalın ilk oyunu..

“Crvena Zvezda” (Yuqoslaviya) – “Arsenal” (London) 1:0.

Oyunun baş hakimi azərbaycanlı referi Eldar Əzimzadədir. Düz 41 il əvvəl "Arsenal"ın oyununu idarə edən Eldar Əzimzadə hələ o zaman azərbaycanlılar haqda London klubunda təəssürat yaratmışdı.

O vaxt iki oyunun nəticəsinə görə, "Crvena zvezda" “Arsenal”a 2:1 hesabı ilə qalib gələrək finala kimi irəliləmişdi...




Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir