Modern.az

Gürcü və rus deputatlar arasında QALMAQAL - Erməni deputatlar aradan çıxdı

Gürcü və rus deputatlar arasında QALMAQAL - Erməni deputatlar aradan çıxdı

20 İyun 2019, 15:58

Ermənistan parlamentinin deputatları Pravoslav ölkələrin 26-cı parlamentlərarası assambleyasını yarımçıq tərk ediblər. Modern.az Ermənistan KİV-nə istinadən  xəbər verir ki, bu barədə vitse-spiker Alen Simonyan bildirib.

 

Gürcüstan parlamentində keçirilən iclasın rusiyalı deputat Sergey Qavrilov tərəfindən idarə olunması “Avropa Gürcüatanı” partiyasının üzvlərinin ciddi narazılığına səbəb olub.

 

Onlar iclas zalına daxil olaraq Rusiya əleyhinə şüarlar deyiblər.

“Biz Gürcüstan parlamentini tam tərkibdə tərk etdik. Rusiya ilə Gürcüstan arasında qalmamaq üçün bu addımı atdıq”-deyə Simonyan Facebook-da yazıb.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir