Arxiv
24 Yanvar 2012, 20:47 | DÜNYA
Gülər Əhmədova: “Bu qırğınlarda Fransanın da payı olub”

Milli Məclisin YAP-çı deputatı Gülər Əhmədova Fransa Senatının qəbul etdiyi qanuna münasibət bildirərkən deyib ki, özünü demokratiyanın beşiyi adlandıran bu ölkənin son yüz ildə atdığı addımların məntiqi nəticəsi olan bu “qanun” əslində nə bizi, nə də Türkiyəni təəccübləndirməlidir.

Onun sözlərinə görə, Fransa siyasətinin gerçək mahiyyətinə bələd olmaqdan ötrü yaxın tarixə nəzər salmaq kifayətdir: “25 iyul 1920-ci ildə böyük qismi Seneqal və Mağripdən ibarət olan Fransa ordusu 90 min əsgərlə Şamı işğal etdi. 1915-ci ildə Anadoluda Antep-Maraş bölgəsini işğal edərək yüzlərlə kəndi yandırdı, minlərlə adamı öldürdü. Yaxın Şərqdə Fransanın rəhbərliyi altında olan bölgələr 1925-ci ilə qədər hərbi vəziyyət alında qalmışdı. Bölgəyə yatırılan hərbi investisiyalar vətəndaşlar üçün göndərilən sosial yardımlardan 10 dəfə çox olub ki, bu da Fransanın işğalçı siyasətə daha çox üstünlük verməsini göstərir. 1946-cı ildə öz ordusunu geri çəkməmişdən əvvəl Şamı bombalayan Fransa ordusu 500 insanı qətlə yetirib”. 

G.Əhmədova deyib ki, Fransa Livanda uzun illər müstəmləkəçi bir güc olaraq mövcudluğunu saxlayıb: “Bu dönəmdə həyata keçirilən bütün istismar və qırğınlarda Fransanın payı olub. Fransa 1947-ci ildə Madaqaskarda azadlıq tələbi ilə qiyam qaldıran xalqa qarşı misli görünməmiş qırğın etdi, 40 min madaqaskarlı qətlə yetirildi. Fransa 1952-ci ildə başlayan Əlcəzair Milli Qurtuluş hərəkatının üzərinə bütün vəhşiliyi ilə getdi. 10 illik döyüş nəticəsində 1.5 milyon Əlcəzair vətənpərvər qətlə yetirildi, yüzlərlə kənd və qəsəbə yerlə yeksan edildi. Fransa Konqonun vətənpərvər lideri Patricia Lumumbanı prezident sarayında məşhur cinayətkar təşkilat olan “Paraşütçü Birliklərin” əliylə qaçırmış, təyyarədə işgəncə ilə öldürmüş və cəsədini havadan Əlcəzairə atmışdır. Fransa 1956-cı ildə İngiltərə ilə birlikdə Süveyş kanalını işğal etmişdir”.(müsavat.com)
Deputat bildirib ki, bu gün bütün dünya ictimaiyyətinə insan haqları və demokratiyadan dərs keçən Fransa 1967-1968-cı illərdə ölkəsindəki işçilərə və tələbələrə qarşı kütləvi surətdə şiddət tətbiq edib: “Həmin günlərdə yüzlərlə insan yaralanmış və həbs olunmuşdur. Fransa Ruandanı işğal edərək qəbilələr arası döyüşə səbəb olub. Bu işğal zamanı yalnız bir ay içərisində 500 min ruandalı qətlə yetirilib. Yeni Kaledonyada Maçoronun qətlə yetirilməsi, Green Peace gəmisin batırılması və bir jurnalistin öldürülməsində də Fransanın böyük rolu olub. Düşünürəm ki, Fransada yaşayan on minlərlə türk, azərbaycanlı bu qeyri-demokratik “qanunu” pozaraq, demokratiyanın bərqərar olması üçün konkret addımlar atmalıdırlar. Fransanın ATƏT-in Minsk qrupunda qalıb-qalmaması məsələsi bu gün Azərbaycanda siyasi fikrin gündəmindədir. Fransanın siyasi tarixinə ləkə olaraq qəbul edilmiş bu qərar ilk növbədə fransızlar tərəfindən dəyişdirilməlidir. İnanmaq istərdik ki, Konstitusiya Məhkəməsi bu qərara “yox” deyəcək. Artıq bitərəf olmayan Fransa ermənipərəst mövqeyinə görə, Azərbaycan və Ermənistanın münasibətlərində öz vasitəçilik missiyasını yerinə yetirə bilməz”.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qışda heç belə olmamışdı - Temperatur görün neçəyə qalxdı   27 Yanvar 2020, 13:11 Agentlik “Torqovı”dakı restoranı nəzarətə GÖTÜRDÜ 27 Yanvar 2020, 13:07 Könül Nurullayevanı daha da yaxından tanıyaq - FOTOLAR 27 Yanvar 2020, 13:01 Bakıya gələn ay 27 müasir zibil maşını gətiriləcək - FOTO 27 Yanvar 2020, 12:58 Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov 27 Yanvar 2020, 12:52 Çingiz Qənizadə İmişlidə seçiciləri ilə bir arada - FOTOLAR 27 Yanvar 2020, 12:47 UNEC beynəlxalq reytinqdə liderdir 27 Yanvar 2020, 12:42 Azərbaycan Çinə uçuşları dayandırır - RƏSMİ 27 Yanvar 2020, 12:37 Koronavirus Çindən gətirilən mallarla Azərbaycana keçə bilərmi? - Baş infeksionistdən AÇIQLAMA 27 Yanvar 2020, 12:33 Naziri zəlzələ zonasından gətirilən tələbələrimizin sonrakı aqibətinə aydınlıq gətirdi 27 Yanvar 2020, 12:30 Jalə Əhmədova Salyan camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 12:24 Litvalı jurnalistdən ədalətli mövqe 27 Yanvar 2020, 12:20 Dəhşətli virusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var - Nazir 27 Yanvar 2020, 12:14 Azərbaycanda bu ərazilərdə yeni məktəblər TİKİLƏCƏK 27 Yanvar 2020, 12:09 Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...” 27 Yanvar 2020, 12:02 Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...” 27 Yanvar 2020, 11:58 Fransa səfiri Bakı Ali Neft Məktəbində 27 Yanvar 2020, 11:54 DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək 27 Yanvar 2020, 11:48 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI 27 Yanvar 2020, 11:45 Metroda növbəti nasazlıq - Bu dəfə günahkar sərnişinlər deyil 27 Yanvar 2020, 11:44 Məktəblilər üçün avtobuslar təşkil ediləcək 27 Yanvar 2020, 11:40 Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI 27 Yanvar 2020, 11:36 Madər Musayevin Seçki Qərərgahı 10 gündə 27 görüş keçirib - FOTO 27 Yanvar 2020, 11:34 18 yaşlı müğənni 4 “Qremmi” qazandı 27 Yanvar 2020, 11:29 2020-ci ildə Azərbaycanla yanaşı bu ölkələrdə də seçkilər olacaq - TƏQVİM 27 Yanvar 2020, 11:22 AŞPA-da Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarılacaq 27 Yanvar 2020, 11:16 Deputatlığa namizədlərin sayı AÇIQLANDI 27 Yanvar 2020, 11:10 Maaş artımı həkimlərin “pul yanğısı”nı necə söndürəcək?   27 Yanvar 2020, 11:05 Şəkidə narkotacir saxlanıldı - FOTO 27 Yanvar 2020, 10:58 Sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik etdi 27 Yanvar 2020, 10:51 “Torpaqlarımızı qaytarmaq istəyiriksə...” 27 Yanvar 2020, 10:45 Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK 27 Yanvar 2020, 10:38 Neft 60 dollardan ucuz satılır – koronavirusa görə 27 Yanvar 2020, 10:31 Los Ancelesdə Ermənistanı  ifşa edən film nümayiş etdirilib 27 Yanvar 2020, 10:27 Seçki bülletenlərinin çapına başlanıldı 27 Yanvar 2020, 10:21
SORĞU Yeni parlamentdə kimlər olsun?