Arxiv
30 İyul 2019, 15:15 | ANALİTİKA
Azərbaycan Vaşinqton-Tehran dialoqunun da Bakıda keçirilməsini təklif edə bilər

“Donald Tramp administrasiyası İranla müharibə istəmir. Bu bölgə və Amerikanın regional maraqları üçün mənfi nəticələr yaradar”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Ağ Ev İrana qarşı siyasətində “qamçı” ilə yanaşı son zamanlar “kökə” siyasətindən də istifadə etməyə çalışır:

 

“Təsadüfi deyil ki, ABŞ dövlət katibi Mayk Pompeo Tehranı ziyarət etmək və "İran xalqı ilə birbaşa danışıqlar" aparmaq təklifini edib. Əlbəttə, bu təklifin konkret nəyi ehtiva etdiyini söyləmək çətindir. Çünki rəsmilər başqa ölkənin xalqları ilə danışıqlar aparmırlar. Özü də bəlli olanda ki, Amerikanın məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır.

 

Pompeo yazıb ki, İran rejimi onun təklifini qəbul etməyib. Əlbəttə qəbul etməz. Çünki Amerika həm nüvə sazişindən çıxıb, həm də İranın hazırki rejiminə qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb. Həmin tələblərin mahiyyəti faktiki odur ki, İranın hazırki hakimiyyəti regional maraqlarından imtina etməli və iqtidarı başqalarına ötürməlidir”.

 

Politoloq hesab edir ki, prezident Donald Trampın və dövlət katibi Mayk Pompeonun Tehrana ünvanlanan “gəlin görüşək” təklifinin arxasında incə hesab var:

 

“Vaxtilə Amerika Şimali Koreyanı da hədələyirdi və Şimali Koreya lideri Amerikaya qarşı nüvə silahından istifadə edəcəyini bildirirdi. Bu gün Amerika və Şimali Koreya liderləri görüşür və fikir mübadiləsi aparırlar. Doğrudur, iki dövlət arasında hər hansı saziş imzalanmayıb, ancaq dialoq atmosferi gərginliyi azaldıb və bu gün heç kim Amerika ilə Şimali Koreya arasında müharibədən danışmır. Tramp ümid edir ki, İran prezidenti də Şimali Koreya lideri kimi onunla görüşməyə razılıq verəcək. Hələ ki, İran prezidenti bu görüşə razılıq vermir. Çünki belə bir görüşə razılıq vermək onun siyasi karyerasının sonu olar. İranda söz sahibi dini lideri və İslam Keşikçiləri Korpusudur. Onlar isə hazırki şərtlər daxilində Vaşinqtonla dialoqun əleyhinədirlər.

 

Buna baxmayaraq, İranda istisadi və sosial problemlər artır və Tehran çıxış yolları tapmaq məcburiyyətindədir. Tehran ümid edir ki, Donald Tramp ikinci dəfə prezident seçilə bilməyəcək və onun yerinə gələn demokrat prezident Barak Obama kimi Tehranla yenidən nüvə sazişini imzalayacaq. Bu hesablar doğrulmaya da bilər. Fikrimcə, Tramp ikinci dəfə prezident seçilsə, İrandakı müxtəlif dariələr ortaq məxrəcə gələrək hansısa üçüncü dövlətin vasitəsilə Vaşinqtonla dialoq imkanlarını nəzərdən keçirə bilər”.

 

Bu mənada Azərbaycan üçün gələcəkdə unikal şans yarana biləcəyini vurğulayan E. Şahinoğlu əlavə edib ki, Rusiya-NATO dialoqu Bakıda həyata keçirilir:

 

“Rəsmi Bakı Vaşinqton-Tehran dialoqunun da Azərbaycan paytaxtına həyata keçirilməsini təklif edə bilər. Bu həm İranın, həm də Amerikanın maraqlarına uyğun olar. Azərbaycan bu iki dövlət arasında müharibə istəmir, eyni zamanda həm İranla, həm də Amerika ilə tərəfdaşlığını artırmaq istəyir. Amerika Azərbaycanın vasitəçiliyinə etiraz etməz”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11 Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR 16 İyul 2020, 17:10 Azərbaycanda koronavirusa yoluxanları sayı azaldı - 8 nəfər vəfat etdi 16 İyul 2020, 17:04 Ceyhun Bayramov Xarici İşlər Naziri kimi ilk çıxışını etdi 16 İyul 2020, 16:58 Bu tarixlərdə keçirilən buraxılış imtahanın nəticələri ELAN olundu 16 İyul 2020, 16:52 Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib   16 İyul 2020, 16:46