Modern.az

“Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb

“Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb

19 Avqust 2019, 12:40

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da görkəmli filoloq, folklorşünas, şair, jurnalist və publisist Tofiq Hüseynzadə (1946-2006) haqqında üç dildə məqalə yaradılıb.

MEK-dən Modern.az-a bildirilib ki, Azərbaycan, türk və ingilis dillərində yaradılan məqalələrdə Tofiq Hüseynzadənin elmi fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, o, Səfəvilər dövrünün mütəfəkkiri, ulu babası Miskin Abdalın irsini araşdırıb, 2005-ci ildə “Səfəvilərin böyük övliyası Miskin Abdal” kitabını nəşr etdirib. Tofiq Hüseynzadənin üçcildlik “Xəyal cığırı” kitabında müəllifin böyük və zəngin şeiriyyət dünyası, hekayələri, hikmətli kəlamları verilib. Onun “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” əsəri ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən “Miskin” və “Abdal” anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi