Modern.az

Səfir: “İnanaq ki, ermənilərin əl-ayağını yığışdıracaq yeni bir Pənahəli xan yetişəcək

Səfir: “İnanaq ki, ermənilərin əl-ayağını yığışdıracaq yeni bir Pənahəli xan yetişəcək”

28 Avqust 2019, 09:12

““Türk budun Tabğaçqa körür erti” - yəni “Türk xalqı Çin əsarətində idi” - 1500 il bundan əvvəl daşlara həkk olunan Orhun-Yenisey yazılarında belə deyilirdi. İndi Çində uyğur türklərinin uğradıqları məzalim haqqında fikirləşəndə yadıma ilk olaraq bu acı etiraf düşür”.


Modern.az
-ın məlumatına görə, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

“Amma o zaman Bilgə Xaqan kimi qorxmaz sərkərdə, vəziri Tonyukuk kimi müdrik siyasətçi meydana atılıb xalqı köləlikdən qurtardı. Qədim aqillər demişkən, tarix təkərrürdən - yəni özünü təkrardan ibarətdir. Yəqin ki, nə zamansa uyğur türklərinin arasından da yeni Bilgə xaqanlar, Tonyukuklar yetişıb doğma xalqa azadlıq bəxş edəcək, onu yenidən məmləkət və dövlət sahibinə çevirəcək.
Bu arada inanaq ki, qarabağlıların içərisindən də ermənilərin əl-ayağını yığışdırıb onlara həddini bildirən yeni bir Pənahəli xan yetişəcək...", - V.Quliyev bildirib

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir