Arxiv
11 Sentyabr 2019, 10:28 | REPORTAJ
Adama gəzmək qalır: Pizzanın vətənindəki “Cənnət qəsəbə”dən REPORTAJ - Yeni LAYİHƏ

Modern.az saytı bu gündən yeni bir layihəyə start verir. Səyahətsevərləri bir araya toplayacaq yeni bir layihə... “Adama gəzmək qalır” adlı yeni layihədən olan ilk yazını təqdim edirik...

 

Bir “balıqçı kəndi”nin nağılı...

 
Söz vaxtına çəkər deyiblər. Düz bir il əvvəl qarşıma bir kiçik qəsəbənin nağıl kimi şəkilləri çıxdı. İndiyədək belə bir yerin varlığından xəbərdar olmadığım üçün səyahətsevər biri olaraq özümdən utandım. Və beləcə uzun-uzadı arzular siyahıma biri də əlavə olundu. Günün birində bu kiçik nağıl qəsəbəni görmək. Və budur bir ilin tamamında arzumla baş-başayam... İtaliyanın ən romantik qəsəbəsi Positanoya təpədən baxıram. Əslində istəsəm də, istəməsəm də “yuxarıdan aşağı” baxmalıyam bu qəsəbəyə. Niyəsi çox sadədir, qəsəbə qayalıqların yamacında yuxarıdan-aşağı doğru salınıb. Bol-bol pilləkənlər, bol bol enişli-yoxuşlu yollar...

 

Küçələri “şampunla yuyulmayan” şəhərin dolub-daşan zibil qutuları


Öncəliklə lap başdan başlayım. Bu cənnət qəsəbəyə necə gəlib çıxdığımdan bəhs edim. Positanoya həm Romadan, həm də Bakı ilə qardaşlaşmış şəhər olan Napolidən, yəni Neapoldan getmək mümkündür. Mən də 2-ci variantı, yəni Neapoldan getməyi seçdim. Amma bu səhvi mən etdim, siz etməyin. Küçələrinin “şampunla yuyulduğunu” düşündüyümüz, bəh-bəhlə danışdığımız, hər şeyi ilə ideal sandığımız Avropanın göbəyində bu qədər çirkab görəcəyimi ağlıma belə gətirə bilməzdim. Mərkəzi küçələrində belə  dolub-daşan zibil yeşikləri, üfunət qoxusu -  Neapoldan mənə qalan xatirələr oldu. Əbəs yerə İtaliyanın ən çirkli və ən təhlükəli şəhəri adını almayıb ki?!. Adının haqqını sonadək verir. Və bir də utanc hissi duydum... Gül kimi Bakımızın belə çirkli bir şəhərlə qardaşlaşmış şəhər olmasından çox utandım, nə yalan deyim... Və ilk dəfə bir şəhəri daha çox gəzməkdən imtina edib, otel otağında oturub qatarımın vaxtını gözləməyi seçdim.

Bu qədər çirkab içərisində tək bəyəndiyim yaşlı Neapol camaatının canayaxınlığı oldu. Yol soruşmağına səni peşiman edəcək qədər canayaxın. İngilis dilini bilməsələr də, sən də italyan dilini bilməsən belə səni çənəsinin altına salıb əl qol-hərəkəti ilə söhbət etməyə çalışacaq qədər canayaxın. Həm də ki görəcək başqa bir işləri var sanki, əllərində tum çıxıb oturublar evlərinin qabağında, söhbət eləməyə “qurban” axtarırlar. Küçələri bizdən fərqli olaraq çox çirkli olsa da,  insanlarını kifayət qədər özümüzə oxşatdım. Cavan nəsli xüsusən bizimkilər kimi dəli-dolu, emosioanldırlar... Kafe və restoranlarında çalışan işçilər isə sanki onların bütün problemlərinin səbəbi sənsənmiş kimi əllərindəki boşqabı başına çırpmaq istər kimi masaya fırladacaq qədər kobudluğu ilə diqqətimi çəkdilər. Neapoldan xatırladıqlarım arasında gənc və orta yaşlı xanımların geyimi oldu. Kifayət qədər açıq-saçıq, zövqsüz, hətta vulqar adlanacaq qədər fərqli bir geyim tərzi...

 

Pizzanın vətənində 800 pizzeriya olarsa...


Bu şəhəri çox yerdən-yerə vurdum. Bir az da yaxşı sözlər deyim. Yəqin ki, pizzanın vətəninin Neapol olduğunu bilirsiniz. Bu gün bəh-bəhlə yediyimiz, vazkeçilməzimizə çevrilən pizzalara görə  neapollulara borcluyuq. Amma yenə də bizdən fərqli olaraq, burada pizzalar daha çox sadəliyi ilə, daha dəqiq desəm, üstündə heç nə olmaması ilə seçilir. Hardasan ay bizim toyuqlu, qiyməli, sosikalı, kolbasalı, zeytunlu, bibərli, göbələkli pizzamız deyə-deyə üstü bomboş olan, Bakıda üzünə baxmadığımız Marqarita pizzasını yeməli oluruq. Pizzanın vətəni olan Neapolda nə az, nə çox, düz 800 pizzacı var. Onlardan ən məşhuru isə 149 yaşlı  L’antica Pizzeria da Michele-dir. Bu qədər qədim və məşhur bir pizzacı olasan və cəmi iki növdə pizza təqdim edəsən: o da ki, Marqarita çeşidləri. Amma di gəl gör ki, pizzeriyanın önündə bir növbə olur ki, 90-cı illərin Bakısının çörək növbəsi onun yanında heç nədir. Culiya Robertsin “Eat, Pray, Love” filmi ilə məşhurluğuna məşhurluq qatan bu pizzeriyadan sonra buralara gəlib çıxma səbəbim olan Positanoya yollanıram.

 

Rəng, qoxu, huzur...


Cəmi 4 min əhalisi olan, amma il ərzində 5 milyon turist qəbul edən Positano... Belə yerdə deyiblər, “bir balaca boyu var, dam dolusu toyu var”. Özü də nə dam dolusu?! Hər addımında bir başqa gözəllik... Bilmirsən hansı tərəfə baxasan. Bir tərəfdə masmavi dəniz, bir tərəfdə sıldırım qayalıqlar, bir tərəfdə rəngli evlər...

“Positanonu 3 sözlə təsvir et”, - desələr, ilk ağlıma gələnlər bunlar olar: rəng, qoxu, huzur. Qəsəbənin rəngli dünyalı insanları evlərini də rəngbərəng boyamağı seçiblər. Bir rəssam fırçasından çıxmış kimi rəngbərəng, özünəməxsus evlər düşünün. Buna bir də limon ağaclarının və begonvillərin qoxusunu əlavə edin. Ortaya çıxan nəticə isə huzurdur.

Positano əvvəllər kiçik bir balıqcı kəndi imiş. 1953-cü ildə tanınmış yazıçı Con Steynbakın bir moda jurnalına yazdığı məqalə ilə kəşf edilir və bugünkü məşhurluğuna çatır. Buna da qələmin, sözün gücü deyirik.


İtaliyanın ən romantik qəsəbəsi

Positano paytaxtı Neapol olan Campania bölgəsinin qəsəbələrindən biridir. Amalfi sahillərində yerləşən bir qəsəbə. Positano adını eşitməsəniz belə, Amalfi sahillərini eşitməməyiniz mümkün deyil. UNESCO Dünya Mirası siyahısına düşəcək qədər məşhur sahillərdir. Şairlərə, yazarlara, sənətkarlara ilham qaynağı olacaq qədər gözəl Amalfi sahilləri “National Geographic” tərəfindən də ən gözəl yolu olan yerlərdən biri seçilib.

Sorrentodan Solernoya körfəz boyunca 50 kilometrlik məsafədə uzanan,  iri qayalıqların yamaclarına naxış kimi səpələnən bir-birindən rəngli qəsəbələrin toplusudur Amalfi sahilləri... Cənnətdən bir parça da deyə bilərik bu yerlərə. Amalfi adı mifologiyadan gəlir. Yunan mifologiyasından tanıdığımız Heraklesin aşiq olduğu su pərisinin adı imiş Amalfi. Sevdiyi gənc yaşda öldükdə Herakles onu dünyanın ən gözəl yerində dəfn edəcəyinə söz verir. Həmin yer olaraq Amalfi sahillərini seçir və buraları sevdiyinin şərəfinə adlandırır. 

Positano, Praiano, Conca Dei Marini, Amalfi, Atrani, Ravello, Minori, Maiori və Vietri Sul Mare qəsəbələrindən ibarətdir Amalfi sahilləri. Bunların ən gözəli isə, heç şübhəsiz ki, Positanodur. İtaliyanın ən romantik qəsəbəsi olan Positano...


Cənnətdən bir parça və ya oyanmaq istəməyəcəyin bir yuxu


Belə gözəlliyin də gözəl qiymətləri olacaq, təbii ki. Dəniz sahilinə endikcə restoranlar da, otellər də od tutub yanır. Yuxarı hissələrində, mərkəzdən və sahildən kənar yerlərində qiymətlər daha münasibdir. Çimərlikləri də çox məşhurdur Positanonun. Amma elə bilməyin ki, burada hər şey pulludur. Belə ki, çimərlikləri tam pulsuzdur. Təbii ki, əgər şezlonq və çətir götürməyəcəksinizsə. Şezlonq və çətirləri isə sahildəki kafe və restoranlar işlətiyi üçün onların müqabilində pul ödəmi olursan. İyul, avqust ayları ən qonaq-qaralı vaxtlarıdır Positanonun. İynə atsanız, yerə düşməyəcək qədər qonaq-qaralı...

 

Dik yamaclarda bir-birinin üstündə tikilən rəngbərəng evləri, çəhrayı-bənövşəyi begonvilli, limon qoxulu, ilan kimi qıvrıla-qıvrıla sahilə enən dar küçələri ilə dünyanın ən sevimli qəsəbələrindəndir Positano.  Əzəmətli qübbəsi ilə seçilən “Majolica”  kilisəsinin qəsəbəyə qatdığı gözəlliyi fotoaparatımızın obyektivinə köçürərkən, Xristofor Kolumb küçəsində yeriyərkən, La Zagarada qəhvəmizi içərkən, Positano mənzərəsinin ən gözəl göründüyü yer olan Le Sirenuse otelinin terrasında ən gözəl şəkillərimizi çəkməyə çalışarkən zamanın necə keçdiyini bilmirik... Heç oyanmaq istəmədiyi bir yuxunun içində hiss edir burada insan özünü...



 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13 Bakı Ali Neft Məktəbinin startapı ABŞ-da qəbul olunub 23 Sentyabr 2019, 10:10 Mehriban Əliyeva: “Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik” 23 Sentyabr 2019, 10:08 10 milyonuncu sakinimizin yeni FOTOLARI 23 Sentyabr 2019, 09:54 “Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır 23 Sentyabr 2019, 09:44 Ermənistan ordusunun hərbçisi ölüm ayağındadır 23 Sentyabr 2019, 09:36 Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI 23 Sentyabr 2019, 09:33 Ermənilər atəşkəsi 22 dəfə pozdu 23 Sentyabr 2019, 09:29 “Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ 23 Sentyabr 2019, 08:13 Bu gün Azərbaycanda payız başlayır 23 Sentyabr 2019, 07:52 Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18