Arxiv
3 Oktyabr 2019, 11:23 | DİASPOR
Prezidentin təltif etdiyi Nyu-York azərbaycanlılarına medallar təqdim olundu- FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da səfərdə olan nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə onlarla soydaşımız iştirak edib. Tədbiri giriş sözü ilə Komitənin Aparat rəhbəri D.Rəcəbli açıb və sonra DİDK sədrinin birinci müavini V.Hacıyev Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat verib və bu siyasətin reallaşmasında ABŞ-dakı azərbaycan diasporunun böyük rola malık olduğu diqqətə çatdırıb. Eyni zamanda DİDK-nin son dövrlərdə fəaliyyətini əks etdirən videotəqdimat olub və Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verilib.

 

Beynəlxalq siyasətin mərkəz nöqtəsi olan Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıların ana vətənlə əlaqələrinin möhkəm olmasının əhəmiyyəti barədə danışılıb.

Qeyd olunub ki, son illər burada yaşayan soydaşlarımızın təşkilatlanması yönündə ciddi addımlar atılıb və bu da artıq öz bəhrəsini verir. Görüşdə diaspor nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

 

Daha sonra Azərbaycan Prezidentinin sərəncaml iıə Cümhuriyyətin 100 illiyi medalı ilə təltif olunan Tomris Azəri, Zöhrə Şərifi və Əbülfəz Bahaduriyə medallar təqdim olunub. Təltif olunanlar bu yüksək mükafata görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Toplantıda İslam Əməkdaşlıq Təşkilatının BMT- dəki daimi müşahidəçisi və səfir Aqşin Mehdiyev və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov iştirak edib. A. Mehdiyev görüşün əhəmiyyəti barədə danışıb və davamlı olmasının diaspor fəaliyyətinə müsbət təsir edə biləcəyini qeyd edib.

 

 

ABŞ-a səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alper Aktaşla da görüşüb.

Görüş zamanı Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət göstərməsinin əhəmiyyətindən, bu istiqamətdə atılacaq addımların səmərəsindən, bütün türk dünyasının və türk dövlətlərinin müştərək əməkdaşlığından geniş danışılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xalq artistinin sadə həyat tərzi keçirən yeganə övladı: “Qazancım maşın sürməyə imkan vermir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 08:07 Bakıda bir nəfər intihar etmək istədi 15 Oktyabr 2019, 07:59 Türkiyə dünya çempionundan xal aldı - VİDEONƏTİCƏLƏR 15 Oktyabr 2019, 01:03 Baş qərargah rəisləri Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 00:20 Onlar “Maşın”ın finalında 15 Oktyabr 2019, 00:04 Bu ölkə Türkiyəyə silah satışını dayandırdı 14 Oktyabr 2019, 23:43 İlham Əliyev Bakıya gələn dövlət başçıları ilə birgə şam edib - FOTOLAR 14 Oktyabr 2019, 23:22 Anasını qətlə yetirib yandıran oğul 19 il həbs cəzası aldı 14 Oktyabr 2019, 23:07 İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 22:49 Salyanda ağır qəza 14 Oktyabr 2019, 22:30 Cinayətkarlar 14 polisi öldürdü 14 Oktyabr 2019, 22:16 Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar 14 Oktyabr 2019, 22:00 Türkiyə 560 terrorçunu zərərsizləşdirdi 14 Oktyabr 2019, 21:45 “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq” - Mövlud Çavuşoğlu  14 Oktyabr 2019, 21:27 “Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev 14 Oktyabr 2019, 21:14 “Özbəkistan və Azərbaycan öz gələcəyini çoxəsrlik tarixi təməl üzərində qurur” - İlham Əliyev 14 Oktyabr 2019, 20:59 Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var 14 Oktyabr 2019, 20:44 Prezident krala qızılquş hədiyyə etdi 14 Oktyabr 2019, 20:28 İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB, FOTOLAR 14 Oktyabr 2019, 20:14 "Qəbələ" yeni məşqçi ilə razılaşdı 14 Oktyabr 2019, 20:03 Keçmiş məhkumlar narkotiklə yaxalandılar 14 Oktyabr 2019, 19:57 Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb 14 Oktyabr 2019, 19:46 Karateçimiz dünya çempionatında qızıl medal qazanıb 14 Oktyabr 2019, 19:30 Polislər halı pisləşən sürücünün köməyinə çatdılar 14 Oktyabr 2019, 19:15 Xərçəng necə yaranır? - Nobel mükafatçısı 14 Oktyabr 2019, 19:04 Azərbaycan Prezidenti Macarıstanın Baş Naziri ilə görüşüb 14 Oktyabr 2019, 18:55 Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb 14 Oktyabr 2019, 18:44 İlham Əliyev qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO 14 Oktyabr 2019, 18:34 Xəzərdə itkin düşən balıqçının axtarışları davam edir 14 Oktyabr 2019, 18:25 Ombudsman 6 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarladı 14 Oktyabr 2019, 18:14 Azercell tələbələrə TƏQAÜD fürsəti 14 Oktyabr 2019, 18:05 Ərdoğan Bakıda DANIŞDI: “Biz bir millətin övladlarıyıq” 14 Oktyabr 2019, 18:02 Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib 14 Oktyabr 2019, 17:58 I Fəxri xiyabanda Məmməd Arazın xatirəsi anıldı - FOTOLAR 14 Oktyabr 2019, 17:57 Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır 14 Oktyabr 2019, 17:49