Arxiv
14 Oktyabr 2019, 11:35 | AKTUAL
Bakı Ali Neft Məktəbində nüfuzlu  konfransı keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə dünyaca məşhur TED layihəsinin “TEDxBHOS” konfransı keçirilib.

 

Əsas missiyası “Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

Konfransın əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək və onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir.

Bununla yanaşı, konfrans tələbələrə, eləcə də yerli ictimaiyyətə zamanını daha səmərəli bölmək, faydalı çıxışlar vasitəsi ilə təsirli və yenilikçi fikirləri olan yeni insanları tanımaq fürsəti yaradıb.

 

Konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Ali Məktəbin tələbələrinin həyata keçirdiyi “TEDxBHOS” konfransında iştirak edən bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-in lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri ikinci dəfə beynəlxalq miqyaslı bu tədbiri təşkil etdikləri üçün təbrik edib.

“Konfransın gündəliyi olduqca zəngindir. Müxtəlif sahələri təmsil edən, uğurlu karyera hekayələri olan insanlar bugünkü tədbirdə maraqlı təqdimatlarla çıxış edəcəklər. İnanıram ki, Bakı Ali Neft Məktəbinin dəstəyi ilə, Ali Məktəbin tələbələrinin uzunmüddətli əziyyəti bahasına başa gələn konfras iştirakçılar üçün də olduqca faydalı olacaq”.

Daha sonra “TEDxBHOS” konfransının bir-birindən maraqlı 6 spikerinin innovativ və motivasiyaedici çıxışları dinlənilib.

 

Spikerlər arasında  məşhur “ZehinX” platformasının yaradıcısı Fuad Əliyev, SOCAR Türkiyənin Maliyyə Riskləri və Xəzinə Koordinatoru Ali Ağaoğlu, BP şirkətinin Rəqəmsal və ənənəvi kommunikasiyalar üzrə meneceri Turxan Əhmədov, “Benish GPS Azərbaycan” şirkətinin Marketinq direktoru Türkan Fərzəliyeva, Müasir Psixologiya Mərkəzinin müdir müavini, psixoloq-konsultant Aida Nəbiyeva, “EY Azərbaycan” şirkətinin meneceri  Könül Məlikova yer alıb.  

Onlar  “Çoxşaxəli olmaq bacarığı: Limitsiz fürsətlərin sirri”, “Ailə ağacı və onun kökləri”, “Xeyriyyəçiliklə məşğul olmaq, qərarsızlıq”, “İqtisadiyyat 2.0” kimi mövzular ətrafında təqdimatla çıxış ediblər.

 

Məlumat üçün bildirək ki, TED Yayılmağa Dəyər Fikirlərə həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. İdeya ilk dəfə ABŞ-da 1984-cü ildə yaranıb. İldə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, paylaşılmağa dəyər ideyaları natiqlər vasitəsilə dünyaya çatdırır.

 

TEDx TED-in “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılıb. TEDx proqramı ictimai birlikləri, qurumları və fərdləri danışıq və əlaqələrə təşviq etmək üçün nəzərdə tutulub. Hər bir fərd öz yaşadığı şəhərdə və ya oxuduğu təhsil müəssisəsində  fərdi olaraq TEDx konfransını təşkil edə bilər.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tələbə heyəti ötən ildən etibarən TED-in lisenziyası əsasında “TEDxBHOS” konfransını təşkil edir.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02