Arxiv
17 Oktyabr 2019, 08:26 | MƏDƏNİYYƏT
Bakı Dövlət Sirki təzə yerə köçürüləcək

“Bakı Dövlət Sirki üçün tikiləcək yeni binanın yeri müəyyənləşib”.

 

Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Sirkinin mətbuat katibi Mahir Rəsuloğlu bildirib.

M.Rəsuloğlu qeyd edib ki, bir müddət əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayevin də bildirdiyi kimi, binanın yerinin dəyişdirilməsinin vaxtı çatıb:


“Bəzi mədəniyyət müəssisələrinin əsaslı təmir olunur. Lakin cənab nazirin də bildirdiyi kimi Bakı Dövlət Sirkinin binası çox köhnəlib. Sirkin hazırkı binası müasir standartara cavab vermir və bu, dövlətin də diqqətindədir. Məsələ nəzarətə götürülüb və artıq müəyyən işlərə başlanılıb. Binada əsaslı təmir aparmaq da çox çətindir. Çünki bütün infrastruktur yenilənməlidir. Bu baxımdan yeni, müasir və Bakının modernliyilə uyğunlaşan binanın tikilməsi zərurəti yaranıb. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.

M.Rəsuloğlu qeyd edib ki, sirkin yeni binasının hazır olması mümkün qədər tez şəkildə həyata keçiriləcək:

“Bu stasionar sirk olduğundan böyük kompleks sayılır və onun  tikintisi üçün müəyyən müddət lazım olacaq. Burada sadəcə zal, manej deyil, əlavə strukturlar da qurulacaq. Müasir sirkin tikintisi üçün müəyyən tələblər var. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir neçə layihə hazırlanıb. Layihəyə əsasən, kompleksdə qastrola gələn artistlərin qalması, heyvanların saxlanması üçün xüsusi yerlər olacaq. Ümid edirik ki, hər şeyin ən yaxşısını ərsəyə gətirə biləcəyik”.

Qurum rəsmisi qeyd edib ki, hazırda sirkə məxsus heyvanlar yoxdur:

“Ümumiyyətlə hazırkı sirkin binasının yerləşdiyi yer də tamaşaçılar üçün əlverişli deyil. Sirkin yeni binasında uşaqların əylənməsi, tamaşaya gələnlərin gözləməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub”.

M.Rəsuloğlunun sözlərinə görə, sirkin yeni binası Bakının mərkəzində tikiləcək:

“Bakı Dövlət Sirkinin binası 1967-ci ildə istifadəyə verilən zaman öz dövrü üçün çox unikal sayılıb. Hətta Böyük Moskva Dövlət Sirkinin binası bu layihə əsasında ərsəyə gəlib. O vaxt buz, su manejləri vardı, hansı ki, xüsusi avadanlıqlar vasitəsilə yığılırdı. Onlar sovet dövründə dağılıb. Hazırda yalnız kauçuk manej qalıb. Buna baxmayaraq, noyabrın 2-dən etibarən yeni proqram-

“Water land” adlı eksklüziv lazer və fəvvarələr şousunu tamaşaçılara təqdim edəcəyik. Şəraitimiz yaxşı olmasa da, çalışırıq ki, təqdim etdiyimiz proqramlar müasir olsun. Tamaşa zamanı 170 tonluq su hovuzu qurulacaq. Bütün tamaşaçılarımızı noyabrın 2-dən 24-dək Bakı Dövlət Sirkinə dəvət edirik. Biz işləyirik, gələn qonaqlarımızı da yüksək səviyyədə qarşılayıb, onların rahatlığını təmin etmək üçün hər cür şərait yaradırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?