Arxiv
18 Oktyabr 2019, 13:28 | DÜNYA
““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

“ABŞ ilə bir nəticə əldə edə bilmədiyimiz üçün “Barış pınarı” hərəkatını başlatmışıq. Məqsədimiz, bölgənin terrorçulardan təmizlənməsidir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“ABŞ-ın vitse-prezidenti ilə müzakirələrdə cənab prezidentimizin qətiyyətli liderliyi nəticəsində istədiklərimizi əldə etdik. ABŞ tərəfi Türkiyənin təhlükəsizlik maraqlarının qorunması baxımından Suriyanın şimalında təhlükəsiz bölgənin əhəmiyyətini qəbul etdi. Buranın Türk Silahlı Qüvvələri tərəfindən nəzarət edilməsində tam razılaşma təmin olundu.

Beləliklə, ABŞ tərəfi hərəkatımızın və hədəflərimizin şərtlərini qəbul etmiş oldu və bundan sonrakı zamanda təbii ki, hamı ilə bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik. Digər tərəfdən, YPG-nin ağır silahlarının toplanması, mövqelərinin  məhv edilməsi məsələsində razılığa gəldik”, - deyə  nazir bildirib.

 

Çavuşoğlu qeyd edib ki, Türkiyənin Suriyanın ərazi bütövlüyünün qorunması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında siyasi prosesə bağlılığı bir daha diqqətə çatdırılıb.

 

“Görüşlərdə ABŞ-la iki NATO müttəfiqi olaraq aramızdakı həmrəyliyi də qeydə aldıq. PKK/YPG-nin 120 saat içində təhlükəsiz ərazidən çıxması üçün “Barış pınarı” əməliyyatına fasilə verəcəyik, dayandırma deyil, fasilə verəcəyik. Bu bir atəşkəs deyil, atəşkəs ancaq iki qanuni dövlət arasında olur. Biz sadəcə əməliyyatın hədəfi olan terrorçuların təhlükəsiz bölgədən çıxması üçün hərəkata fasilə veririk. Ancaq təhlükəsiz bölgədən, buradan bu terror ünsürləri tamamən çıxandan sonra hərəkatı tamamilə dayandıra bilərik.

Biz əməliyyatlara fasilə verdiyimiz müddətdə ABŞ tərəfi sanksiyaları dayandıracaq və daha sonra bir az əvvəlki şərtlər reallaşdırıldığından sonra, yəni bu 120 saat ərzində ancaq YPG ünsürləri çıxdıqdan sonra hərəkatı dayandıra bilərik və bu mərhələdən sonra hazırda mövcud olan sanksiyalar ləğv ediləcək”, - deyə Çavuşoğlu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27