Arxiv
27 Oktyabr 2019, 11:50 | DİASPOR
Dövlət Komitəsinin nümayəndə heyəti Yunus Əmrə İnstitutunda olub - FOTO

Macarıstana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Yunus Əmrə İnstitutunda türk və macar müəllimləri ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən, rəhbərlik etdiyi qurumun fəaliyyətindən, ümumtürk diasporu şəbəkəsinin yaradılmasından, “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan addımlardan danışıb. O, türkdilli ölkələrin gənclərinin yay düşərgəsinin təşkil edilməsi fikrini bir nümunə kimi xatırladaraq, bu addımın bütün Türk dünyasının yaxınlaşmasına təkan verəcəyinə əminliyini ifadə edib.

 

Nümayəndə heyətinə bildirilib ki, sözügedən təhsil ocağında bu ölkədə yaşayan türklərə və macarlara türk dili və ədəbiyyatı tədris olunur. Bundan başqa, müəllimlər macar tələbələrinə Azərbaycanı da tanıtmağa çalışırlar. Onlar ölkəmizə səfərləri, Türkiyə və Azərbaycan haqqında aparılan araşdırmalar, nəşr olunan kitablar, Macar-Turan Fondunun Qarabağda çəkdiyi "Atəşkəs" filmi barədə danışıblar.

 

Macar-Turan Fondunun təsisçi Andras Biro bildirib ki, həmin filmi çəkməklə Qarabağ həqiqətlərini macar ictimaiyyətinə çatdırmaq istəyiblər. Qarabağ torpaqlarının ermənilər tərəfindən işğal olunmasından bəhs edən filmin Macarıstanda geniş təqdimatının keçirildiyi diqqətə çatdırılıb.

 

Nümayəndə heyəti maraqlı görüşə görə Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkür edib. Bu cür görüşlərin diasporlarımızın daha çox yaxınlaşmasına, təşkilatlanmasına, xaricdə yaşayan türk əsilli insanların birgə fəaliyyət göstərməsinə müsbət təsir etdiyi vurğulanıb.

 

Görüşün yekununda qonaqlar institutda təşkil edilmiş sərgi ilə tanış olublar.

 

Tədbirdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev də iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa Liqasında ilk 1/8 finalçı məlum olub 26 Fevral 2020, 23:08 Gürcüstanda koronavirus aşkarlandı: Yoluxan İrandan Azərbaycan vasitəsilə qayıdıb 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45 Bakıda zəncirvari qəzada 3 nəfər öldü 26 Fevral 2020, 17:39 Azərbaycandan çıxışına qadağa qoyuldu - Sərhəddə saxlanıldı - FOTO 26 Fevral 2020, 17:32 “Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq” - FOTO 26 Fevral 2020, 17:26 Masallıda özünü, arvadını, qaynını və qayınanasını güllələyən şəxs Bakıya GƏTİRİLİR 26 Fevral 2020, 17:20 Bakı və Abşeronda toz dumanı 2,6 dəfə çox müşahidə edilir 26 Fevral 2020, 17:14 Xocalı qurbanları bir dəqiqəlik sükutla anıldı 26 Fevral 2020, 17:08 Konstitusiya Məhkəməsi dairələrin nəticəsini ləğv edə bilər 26 Fevral 2020, 17:04