Modern.az

Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər...

Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər...

Parlament

4 Noyabr 2019, 08:18

Xəbər verdiyimiz kimi, Milli Məclis ötən həftədən deputatlarla bağlı yenilik edib.


Bu vaxta kimi Milli Məclisin internet resursundakı “Deputatlar” bölməsində hər bir parlamentarinin ancaq təvəllüdü, təmsil olunduğu partiya və üzv olduğu komitə qeyd edilmişdisə, indi artıq orada “Deputatla əlaqə” keçidi də yaradılıb. İndi həm seçicilər, həm də ictimaiyyət bu keçiddən yararlana bilər.

Belə ki, “Deputatla əlaqə” keçidində deputatın köməkçisinin ad və soyadı, mobil nömrələri, bəzilərində isə hətta e-mail ünvanları qeyd edilib.  


Modern.az
 saytının əməkdaşı “Deputatla əlaqə” keçidində deputat köməkçilərinin kimliyinə diqqət yetirərkən maraqlı bir məqamı diqqətdən qaçırmayıb.

Məlum olub ki, Milli Məclisin bəzi yaşlı deputatları xanım köməkçilərlə işləməyə üstünlük verirlər.

Məsələn, parlamentin ən qocaman üzvlərindən olan İntizam Komissiyasının sədri, 82 yaşlı Ağacan Abiyevi (köməkçisi Xuraman Quliyeva) buna misal göstərmək olar.

Elə 79 yaşlı deputat Elxan Süleymanovun (köməkçisi Təranə Babayeva), 79 yaşlı Ziyad Səmədzadənin (köməkçisi Firuzəxanım Qəribova), 73 yaşlı Əliağa Hüseynovun (köməkçisi Aytən Qəniyeva), 72 yaşlı Madər Musayevin (köməkçisi Gümüş İbadova) də işlərinə xanımlar kömək edir.

Bəlkə də zərif məxluqlarla işləməyə üstünlük vermələri bu deputatların yaşından irəli gəlir... Axı belə deyirlər ki, hər gün gənc xanımlarla ünsiyyətdə olmaq yaşlıları ruhən cavan saxlayır. Bəlkə də, Milli Məclisdə sonuncu deputatlıq dönəmlərini yola verən ağsaqqal parlamentarilər də bu deyimin hikmətinə inanırlar...


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı