Arxiv
22 Noyabr 2019, 17:05 | İQTİSADİYYAT
Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”  

Son zamanlar qida ilə bağlı zəhərlənmələrin sayı durmadan artır. Hətta elə istifadəyə yarasız qidalar olur ki, birbaşa insan ölümü ilə nəticələnir. Belə ki, srağagün Bakı Dövlət Universitetinin 3 tələbəsi qidadan zəhərləniblər və çox təəsüf ki, bir tələbəni həyata geri qaytarmaq mümkün olmayıb. Məhz bu səbəb yararsız qidalarla bağlı məsələni gündəmə gətirib.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, həqiqətən də bu gün marketlərdə çox acınacaqlı hal yaranıb:

 

“Sanki qidalarımız ölməzlik statusunu qazanıb. Vətəndaş da bu məhsulu alıb yeyəndə, səhhətində çox  ciddi problemlərin yaşadığının şahidi olur. Təbii ki, vaxtı keçmiş məhsullara nəzarət var, ancaq lazımı səviyyədə deyil. Artıq 20 ilə yaxındır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi dükanlarda reyd keçirərək, bu cür məhsulları toplayıb satıcıya təhvil verirlər. Satıcıya ona görə təhvil verirlər ki, həmin məhsulları məhv etsin. Bəs satıcı neyniyir? Satıcı da həmin məhsulu aldığı adama  geri qaytarır. Onlar da etiketini və vaxtını dəyişdirərək yenidən dükanlara satırlar. Alıcı nə bilsin, baxır ki, tarixi təzədir, alır aparır. Bu gün təhlükəli qida ilə bağlı ciddi məsələlərdən biri də, vaxtı keçmiş məhsulların sonrakı taleyidir. Distributorlar vaxtı keçmiş  məhsulların etiketini dəyişib, yenidən istehlakçılara təqdim edirlər”.

 

Eyyub Hüseynovun sözlərinə görə Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qanun yox, Lomonosovun qanunu daha çox  hökm sürür:

 

“Heç bir şey itmir, heç nə məhv olmur. Azad İstehlakçılar Birliyi artıq neçə ildir ki, vaxtı keçmiş məhsulların məhv edilməsi ilə bağlı iş aparır. Düşünürəm ki, təhlükəli məhsulların son ünvanı biz istehlakçılarıq. Bir məqamı qeyd edim ki, yeyinti məhsulları haqqında və istehlakçıların hüquqlarının müdafiəsinin haqqında qanuna görə, bütün qida məhsullarının istehsal tarixi və son yararlılıq tarixi mütləq göstərilməlidir. Əks halda sahibkarı 1500 manatdan 5 min manata kimi cərimə gözləyir. Düşünürəm ki, cərimələrin tətbiqi bu cür halların qarşısını nisbətən almağa şərait yaradacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib 9 Dekabr 2019, 16:41 Naxçıvan Ali Məclisinə də yeni seçki keçiriləcək - SƏRƏNCAM 9 Dekabr 2019, 16:36 Zakir Qaralov ögey övladlara işgəncə faktını nəzarətə götürdü 9 Dekabr 2019, 16:36 İlham Əliyevdən 17 min 800 nəfəri sevindirəcək SƏRƏNCAM 9 Dekabr 2019, 16:22 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi 9 Dekabr 2019, 16:20 ADP bu namizədlərlə seçkiyə gedir - SİYAHI 9 Dekabr 2019, 16:18 Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI 9 Dekabr 2019, 16:06 Deputatdan cəbhə və sərhəd bölgəsinin əhalisi ilə bağlı vacib TƏKLİF 9 Dekabr 2019, 15:58 AMEA doktorantura və dissertanturaya qəbul elan edib 9 Dekabr 2019, 15:52 İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb 9 Dekabr 2019, 15:47 Azərbaycan Turizm Bürosu Çində mükafat qazandı 9 Dekabr 2019, 15:41 Türkiyədə bomba partladı - 2 nəfər öldü, 7-si yaralandı 9 Dekabr 2019, 15:36 Ermənistanın hərbi büdcəsi AÇIQLANDI 9 Dekabr 2019, 15:30 Hacıqabulda gənclərlə görüş keçirilib - FOTO 9 Dekabr 2019, 15:22 Azərbaycan Ordusunun komandir toplanışı keçirilib - FOTO 9 Dekabr 2019, 15:14 Fazil Məmmədovdan xəbər VAR 9 Dekabr 2019, 15:07 Azərbaycan və Rusiya arasında yeni sənədlər İMZALANDI 9 Dekabr 2019, 14:56 “Bu namizədlərin seçkilərdə uğur qazanması mümkün deyil” - Ekspert 9 Dekabr 2019, 14:53 Lavrov bu gün Trampla görüşəcək 9 Dekabr 2019, 14:50 BMU-da Heydər Əliyevin anım tədbiri keçirilib - Foto   9 Dekabr 2019, 14:45 Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar 9 Dekabr 2019, 14:40 Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü 9 Dekabr 2019, 14:32 İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB - FOTO 9 Dekabr 2019, 14:26 Rusiya bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı  - QADAĞA 9 Dekabr 2019, 14:25 “Dəyərlərin öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır- Fuat Bakışlı yazır...   9 Dekabr 2019, 14:17 Dünyanın ən gənc baş naziri seçildi - FOTO 9 Dekabr 2019, 14:10 Vulkan püskürdü, 5 nəfər öldü 9 Dekabr 2019, 14:00 Azərbaycanda çalışan miqrantlar - fəhlələr, “importnu dayələr”, türk aqronomlar...  9 Dekabr 2019, 13:54 Dövlət Komitəsinin sədrindən qadınlara ÇAĞIRIŞ 9 Dekabr 2019, 13:52 Daha bir əcnəbi nümayəndə heyəti Qarabağa qanunsuz səfər etdi 9 Dekabr 2019, 13:51 Atası ilə ögey anası tərəfindən döyülən uşaqlarla bağlı - Rəsmi açıqlama 9 Dekabr 2019, 13:43 Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru danışdı: Avropa İnstitutları, Avropa parlamenti, yerli qurumlar... 9 Dekabr 2019, 13:39 Dünya siyasətinin məşhur homoseksualları – SİYAHI+FOTOLAR 9 Dekabr 2019, 13:38 Ağstafada tank əleyhinə mina tapılıb   9 Dekabr 2019, 13:27 "Qızım İlkinin evində öldü" - Atası DANIŞDI 9 Dekabr 2019, 13:20