Arxiv
25 Noyabr 2019, 08:41 | REPORTAJ
Kişilərdə cinsi zəiflik artır - Qadının yanında “başıaşağı” olanlar - MÜSAHİBƏ

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cinsi fəaliyyətin normada olmasının bir kişinin sağlamlığı, psixoloji durumu üçün önəmini söyləməyə isə yəqin ki, ehtiyac yoxdur. Ona görə bu problemi zamanında aradan qaldırmaq vacibdir.



Leyla Şıxlinskaya klinikasının həkim-androloqu Bəhruz Ağayev Modern.az-a müsahibəsində son dövrlərdə cinsi zəiflik hallarının daha çox artdığını söylədi. 

 

Kişidə qadın hormonlarının miqdarı artarsa... 


“Cinsi zəiflik kişidə cinsi akta həvəsin olmaması, onu arzuladığı müddətdə davam etdirə bilməməsi ilə müşahidə olunur. Əvvəlki performansı aşağı düşür, əlaqə müddəti azalır, erkən boşalma halları baş verir və ya ereksiya baş vermir. Bəzi hallar da olur ki, psixoloji olaraq cinsi əlaqəyə həvəs var, amma ereksiya baş vermir və cinsi əlaqədə ola bilmir. Cinsi zəifliyin səbəbləri müxtəlifdir.  Neyrogen cinsi zəiflik işemik insult, onurğa, kəllə-beyin travması almış şəxslərdə rast gəlinir. Sinir mənşəli pozğunluqlarla bağlı cinsi zəiflik olur. Hormonal mənşəli cinsi zəiflik də var. Bildiyimiz kimi, kişilərdə testesteron deyilən kişi hormonları ilə yanaşı, qadın cinsi hormonları da var. Bəzi insanlarda endokrin pozuntular nəticəsində bu hormonların da balansı pozulur. Bunlar arasındakı balans, nisbət pozulanda isə kişidə qadın cinsi hormonlarının və prolaktinin yüksəlməsi  fonunda cinsi zəiflik özünü göstərir.

 

Damar mənşəli cinsi zəiflik isə cinsiyyət orqanının qan təchizatının pozulması zamanı baş verir. Ereksiya vaxtı areterial qan təchizatı güclənir, venoz qan axını saya əzələlər fonunda yığılaraq bağlanır. Bir növ klapan rolunu oynayır. Geriyə qan axını dayanır, qan təchizatı güclənir. Damar xəstəlikləri zamanı isə qan təchizatı ya zəifləyir, ya da ümumiyyətlə olmur ki, nəticədə cinsi zəiflik və impotensiya yaranır. Orqanizmdə baş verən digər xəstəliklər, şəkərli diabet, iltihabi xəstəliklər, ürək-damar sistemində baş verən xəstəliklər, böyrək çatışmazlığı və sair xəstəliklər də cinsi fəaliyyətdə özünü göstərir”.  

 

“Stress yaşadım, cinsi akta həvəsim itdi!”

 

Bəhruz Ağayev psixoloji faktorların da cinsi fəaliyyətdə çox önəmli rol oynadığını deyir:



“Xüsusən də gənc yaşda olan kişilərdə psixoloji faktorla bağlı cinsi zəiflik hallarına çox rast gəlinir.  Müayinəyə geəlib “stress, qorxu, həyəcanlı anlar yaşayandan sonra hiss etdim ki, cinsi həvəsim itdi, ereksiya baş tutmadı” deyən gənclər çox olur. Uşaq vaxtı necə bir cəmiyyətdə yetişdiyi, mühit, aldığı tərbiyə də kişinin gələcək cinsi həyatında önəmli rol oynayır. Uşaq yaşlarda aldıqları psixoloji travmalar gələcəkdə cinsi zəifliyə səbəb ola bilir.  Gündəlik yaşadıqları problemlər də cinsi zəifliyə səbəb ola bilər. Məsələn, hansısa bir psixoloji travma alır, işində uğursuz olur, bu, özünü cinsi əlaqədə göstərir. Həmin problem aradan qalxdıqdan sonra cinsi həvəs də bərpa olunur. Bəzən isə bu, qalıcı olur. Bunun üçün mütləq həm psixoloq, həm də uroloq-androloqla konsultasiya edib müştərək müalicə metodunu seçmək lazımdır. 

 

Partnyorunun yanında “başıaşağı” olanlar...



Bəzi problemlərin dilə gətirilmədiyi, bunu açıb-ağartmaq ayıbdır düşüncəsinin hökm sürdüyü bir cəmiyyətdə yaşayırıq. Bəs, görəsən, kişilər cinsi zəifliklə bağlı rahat şəkildə həkimə müraciət edirlərmi?



“Hazırda cinsi zəifliklə bağlı müraciətlərin sayı çox artıb. Xüsusən də psixogen mənşəli cinsi zəifliklə müraciət edən pasiyentlər daha çox olur. Bu da cəmiyyətdə baş verən hadisələrdən, gənclərin həyat tərzindən də asılıdır. Həmçinin ekoloji problemlər, qidalanma, iş rejimi də bu gün cinsi zəifliklə bağlı müraciətlərin həddən artıq çoxalmasına səbəb olur. Bəzi pasiyentlər isə özünə sığışdırmır, ya da utanır həkimə müraciət etməyi. Amma müəyyən müddətdən sonra çarəsini tapmadığı üçün, partnyorunun yanında “başıaşağı” olmamaq üçün məcbur gəlir həkimə. Bir çox xəstəliklərdə, patologiyalarda erkən diaqnoz çox önəmlidir. Cinsi zəifliklə bağlı da eyni vəziyyətdir. Bu problemin üstünə nə qədər erkən düşülərsə, vaxtında müalicə olunarsa, bir o qədər yaxşı nəticə alınar. Gecikdirildikcə həm psixoloji olaraq, həm də xəstəlik olaraq vəziyyət daha da dərinləşir. Psixoloji olaraq özünəgüvən itir. Travma aldıqları üçün bir “birdən yenə də alınmaz” qorxusu ilə tamamilə  cinsi əlaqədən qaçmağa başlayırlar. Bu da xəstəliyin dərinləşməsi ilə yanaşı, hormonal balansın pozulmasına da səbəb olur. Normal həyat tərzi keçirən, heç bir psixoloji travması olmayan, fiziki yorğunluq, gərginlik yaşamayan, temperetaur dəyişikliyi keçirməyən, hər hansı başqa bir xəstəlik yaşamayan sağlam bir insanda cinsi istəksizlik halları bir həftədən artıq davam edirsə, mütləq həkimə müracət etməlidir”. 

 

Cinsi fəaliyyət qabiliyyəti hansı yaşda tamamilə bitir?

 


Androloq cinsi aktın tamamilə bitməsinin də insandan-insana dəyişdiyini vurğulayır:



“Bir də baxırsan 70-75 yaşı var, prostatdan əməliyyata gəlir, normal cinsi həvəsi də var, əlaqə də yaşaya bilir. Hətta 80 yaşında da cinsi əlaqədə ola bilən kişilər var. Bəzən isə insanlar olur ki, 55-60 yaşdan sonra, ümumiyyətlə, cinsi aktın olmamasından şikayətlənirlər. Bu, orqanizmin fizioloji xüsusiyyətlərindən asılıdır. Orta hesabla isə cinsi aktın tamamilə bitməsi halları 55 yaşdan yuxarı götürülür. Ümumiyyətlə, yaş artdıqca gənc yaşlara baxanda cinsi həvəs zəifləyir. Bu da yaşla bağlı orqanizmdə baş verən dəyişikliklərdən, testesteronun miqdarının aşağı düşməsindən və sair səbəblərdən qaynaqlanır. Bəzən elə hallar da olur ki, müalicənin, dava-dərmanın heç bir köməyi olmur. Məsələn, damar mənşəli cinsi zəifliyin bəzi formaları var ki, məsələn, cinsiyyət orqanında arterial qan təchizatının tamamilə itməsi, bu, müalicə olunmur. Bu zaman cərrahi üsullara müraciət olunur, implant qoyulur. Post travmatik hallarda da yalnız cərrahi üsul tələb oluna bilər. İnsanda psixoloji olaraq cinsi akta həvəs varsa, amma erkesiya baş vermirsə, bu, impotensiyadır”.  

 

“Düşünməsinlər ki, pomidor yeyib cinsi zəiflikdən qurtulacaqlar!”

 

Uroloq-androloq Bəhruz Ağayev cinsi gücü artıran dərmanların həkim məsləhəti olmadan istifadəsini də düzgün hesab etmir.

“Cinsi zəiflik mütləq müayinə olunub diaqnozu qoyulmalıdır. Ona uyğun müalicə aparılmalıdır. Həkim məsləhəti olmadan cinsi istəyi artıran dərmanlardan qaçmaq lazımdır. Dərmanların əvəzinə sağlam həyat tərzi, normal yuxu rejimi, normal qidalanma ilə cinsi həvəsi artırmaq olar. Təbii qidalardan istifadə etməyən insanlarda da cinsi zəiflik özünü göstrərir. Düzdür, bəzi qidalar var ki, cinsi həvəsi artırır, cinsi aktın müddətini uzadır. Belə qidalardan keçibuynuzu deyilən bitkidən hazırlanan doşab cinsi həvəsi artırır. Pomidorun tərkibindəki maddələr həm prostat vəzinə, həm cinsi həvəsə müsbət təsir edir. Bu qidalar müalicə deyil. Cinsi zəifliyi olmayan kişilər üçündür belə qidalar, bir növ profilaktik xarakter daşıyır. Yoxsa çox ciddi cinsi zəiflik problemləri olan kişilər düşünməsinlər ki, pomidor yeyib cinsi zəiflikdən qurtulacaqlar. Vitaminlərlə zəngin olan qidalar yemək, təmiz havada gəzmək lazımdır. Oturaq həyat sürməyən, aktiv insanlarda cinsi istək yüksək olur”. 

 

“Evdəki”nə maraq yoxdur, “çöldəki”nə maraq var?! 


Bəhruz Ağayev cinsi zəifliyə səbəb olan bir sıra xəstəliklərin kökündə çoxpartnorluluğun olduğunu da bildirdi:

“Elə kişilər var ki, həyat yoldaşları ilə cinsi əlaqədə ola bilmirlər. Qadının istifadə etdiyi bir ətir, geyimi, gigiyenasına önəm verməməsi kişi psixologiyasına təsir edə və onda qadınına qarşı cinsi istəksizlik yarada bilər. Amma kənarda başqa bir qadınla əlaqədə olarkən heç bir istəksizlik yaşamırsa, burada cinsi zəiflikdən söhbət gedə bilməz. Bu,  artıq psixoloji problemdir. Bunun səbəbini tapmaq lazımdır. Və ya “uşaqların anası” ilə yaxınlıq zamanı müəyyən çərçivələrin gözlənməsi də “evdəki”nə marağı azalda, “çöldəki”nə cinsi istəyi artıra bilir. Amma nəzərə almaq lazımdır ki, bu, normal fiziloji prosesdir, psixoloji baxımdan hər hansı tabu olmamalıdır. Sağlamlıq baxımından yanaşdıqda isə bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları etməyəsən. Məsələn, anal seksdən sonra normal cinsi əlaqədə olmaq düzgün deyil. Bu, bağırsaq mikroblarınun yayılmasına, infeksiyanın yaranmasına səbəb olur. Özü də həm qadında, həm də kişidə fəsad törədir. Qadınlarda, borulara, uşaqlıq yoluna infeksiyalar düşə bilər, kişilərdə isə uretrit, prostatit baş verə bilər. Çox partnorluluqla bağlı bir məqamı da qeyd etmək istəyirəm. Hər bir qadının özünəxas mikroflorası var. Çoxpartnyorluluq zamanı bir qadınla əlaqdə olduqdan sonra kişi həmin qadının uşaqlıq yolunun mikroflorasını əlaqədə olduğu ikinci bir qadına daşımış olur. Bu da həmin qadına patogen təsir edir. Baxmyaraq ki, hər iki qadın tam sağlamdır, heç bir virus və infeksiya daşıyıcıları deyillər. Sadəcə kişinin bir qadına başqa qadının mikroflorasını ötürmüş olması həmin qadının mikroflorasını pozur. Mikrobların yaranması nəticəsində qadınlarda qoxular, axıntılar baş verir. Amma bu, yalnız qadınlara təsir etmir. Kişilərin özündə də problem yaratmağa başlayır. Uretrit, prostatit, xayaların iltihabı, sidik kanalında iltihab kimi ağır nəticələrə gətirib çıxara bilər. Bəzi infeksiyalar da var ki, illərlə həm qadında, həm kişidə gizli qala bilir. İmmunitet güclü olanda heç bir patologiya yaratmır. İmmun sistemi düşdükdə isə başlayır öz işini görməyə. Ona görə çoxpartnyorluluqdan qaçınmaq lazımdır. Son olaraq, kişilərin özlərini cinsi zəiflik hallarından sığortalamaları üçün normal həyat tərzi sürmələrini, təsadüfi cinsi əlaqələrdən uzaq olmalarını, idmanla məşğul olmalarını, aktiv həyat sürmələrini, qidalanmalarına fikir vermələrini məsləhət görürəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan ordusu Qarabağda itki verdi 22 Yanvar 2020, 01:16 İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda - FOTO 22 Yanvar 2020, 00:56 İnternetdə yeni fırıldaqçılıq aşkarlanıb 22 Yanvar 2020, 00:46 Trampın taleyi həll olunur 22 Yanvar 2020, 00:27 Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı 22 Yanvar 2020, 00:11 ABŞ-da dəhşətli virus aşkarlandı 21 Yanvar 2020, 23:55 Qənirə Paşayeva Tovuzun Dönük Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 23:42 Rusiyada 55 min dollar dəyəri olan nadir zümrüd tapıldı 21 Yanvar 2020, 23:23 Prezident “Naxçıvan” və “Qoşadaş”ın birgə işlənməsinə razılaşdı 21 Yanvar 2020, 23:12 Universitetdə yanğın olmayıb - FHN 21 Yanvar 2020, 22:54 İlham Əliyev AYİB sədri ilə görüşdü 21 Yanvar 2020, 22:37 Şirvanda yaşayan məcburi köçkünlərdən Vüqar Bayramova böyük etimad - FOTO 21 Yanvar 2020, 22:20 Xızıda itkin düşən ana və 3 uşağı tapılıb - FOTO 21 Yanvar 2020, 22:06 Azay Quliyev seçicilərin problemlərini dinlədi - FOTOLAR 21 Yanvar 2020, 21:50 Rusiyada yeni hökumətin tərkibi bəlli olub 21 Yanvar 2020, 21:36 İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardı 21 Yanvar 2020, 21:17 Ağalar  Vəliyev seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 21:03 Masazırda "Betonqarışdıran"la "Mercedes" toqquşdu 21 Yanvar 2020, 20:40 Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İqtisadçıdan ETİRAZ 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14
SORĞU Yeni parlamentdə kimlər olsun?