Modern.az

Rusiya bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı  - QADAĞA

Rusiya bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı  - QADAĞA

Aktual

9 Dekabr 2019, 14:25

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il ərzində böyük beynəlxalq idman yarışlarında iştirakdan məhrum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Antidopinq Agentliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qərara əsasən Rusiya Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz. 

 

Bu qərar  dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı