Modern.az

“EuroHome”dakı yanğınsöndürmə prosesi Kəmaləddin Heydərovun nəzarətindədir

“EuroHome”dakı yanğınsöndürmə prosesi Kəmaləddin Heydərovun nəzarətindədir

Aktual

10 Dekabr 2019, 12:07

“İlkin vaxtlarda su çatışmazlığı var idi. Bunun qarşısını almaq üçün havaya 3 helikopter, 1 təyyarə qaldırdıq. İndi yanğın tam məhdudlaşdırılıb”.

 

Modern.az xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini,  general-leytenant Etibar Mirzəyev “EuroHome”dakı yanğın yerində deyib.

 

O, bildirib ki, indiyə qədər yanğın ərazisinə 150 tona yaxın su tökülüb: 

 

“Hadisə yerinə 40-dan artıq yanğın texnikası, 250-dən artıq canlı qüvvə cəlb olunub, yanğının sahəsi 21 min kv metrdir. Yanğının səbəbləri hazırda araşdırılır. Cənab nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi