Arxiv
14 Dekabr 2019, 11:22 | AKTUAL
Baş Nazir yeni Fondla bağlı qərar VERDİ

Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.

 

Nazirlər Kabinetindən saytımıza bildirilib ki, Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir. Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, audit, uçot və hesabatların tərtibi və təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.

 

Nizamnaməyə əsasən, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

 

Fond qəbul etdiyi sığorta öhdəliklərinin idarəedilməsini təmin etmək məqəsədi ilə sığorta və təkrarsığorta siyasətini müəyyən etmək, effektiv fəaliyyətini təmin etmək üçün aktivlərin investisiyaya yönəldilməsi barədə investisiya siyasətini qəbul etmək, sığorta vasitəçiliyi fəaliyyəti üçün vasitəçi aqrar sığortaçılarla müqavilə bağlamaq, habelə aqrar sığorta sisteminin dayanıqlı olması istiqamətində siyasət və qaydaların qəbul edilməsi kimi səlahiyyətlərə malikdir.

 

Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq.

 

Nizamnaməyə əsasən, Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 1 nəfər, Mərkəzi Bankdan 1 nəfər və fermerlər assosiasiyalarından 1 nəfər olmaqla formalaşdırılır.

 

Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.

 

“Aqrar Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Qeyd edək ki, Fond Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Fərmana əsasən yaradılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu şəxslərin rayonlara gediş-gəlişinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 15:42 Qazaxın su və kanalizasiya sistemi yenidən qurulur 4 Avqust 2020, 15:31 Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 BMU ilə İnha Universiteti arasında ikili diplom proqramına müraciət imkanı sadələşdirilib 4 Avqust 2020, 14:53 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Prezident və birinci xanım Bakıda salınan meşə tipli yeni parka baxdılar - FOTOLAR 4 Avqust 2020, 13:57 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21 Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb 4 Avqust 2020, 12:21 Sabah 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək 4 Avqust 2020, 12:17 Ziyarətgaha gedən 19 nəfər cərimələndi 4 Avqust 2020, 12:01 Bakı polisi küçə və avtobuslarda reydlər aparır - FOTO 4 Avqust 2020, 11:45