Arxiv
18 Dekabr 2019, 17:59 | ANALİTİKA
Ukrayna ilə Azərbaycanın kəsişən MARAQLARI - Zelenskinin Bakı səfərindən GÖZLƏNTİLƏR

 

Ukrayna  prezidenti Vladimir Zelenskinin 16-17 dekabr tarixlərində Azərbaycana  səfəri başa çatıb. Səfər zamanı ukraynalı prezident bir sıra görüşlər keçirib.

 

Bu, Zelenskinin prezident kimi Azərbaycana ilk rəsmi səfəri idi.


Qeyd edək ki, iki ölkə arasında bir çox sahələrdə ilkərdir əməkdaşlıq davam etdirilir. Ukraynada azərbaycanlıların sayı çox olduğundan diaspor sahəsi də inkişaf yoluna qədəm qoyub.

 

Maraqlıdır, Zelenskinin Bakı səfərindən sonra iqtisadi, hərbi, siyasi, eləcə də, diaspor sahəsində hansı yeniliklər ola bilər? Bu səfər iki ölkə arasında əməkdaşlığa hansı töhfələr verəcək?


Modern.az
saytı məsələyə münasibət öyrənməyə çalışıb.

 

 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan üçün hər hansı dövlətlə dostluq əlaqələri qurmaq  bütün sahələrdə olduğu kimi, hərbi sahədə də çox önəmlidir:


“Birincisi Ukrayna kiçik dövlət deyil, böyük dövlətdir. Keçmiş SSRİ məkanında ən güclü orduya sahib olan ölkə idi. Ukraynada gedən proseslər, Azərbaycana olan münasibət, üstəlik qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımaması, Ukraynanın bizim ərazi bütövlüyümüzü tanıması bu ölkənin Azərbaycana olan dost münasibətini göstərir. Digər tərəfdən, hərbi əməkdaşlığımız indi yox, lap əvvəldən olub. Bizim zabitlər Ukrayna hərbi akademiyasında təhsil alıb. Kadr hazırlığı zamanı onların hərbi məktəblərindən və akademiyalarından istifadə etmişik. Hərbi attaşe qismində hər iki ölkənin nümayəndəliyi var. Bu münasibətlər daimidir. Bundan başqa, bizim Ukrayna Müdafiə Nazirliyi ilə daimi əlaqələrimiz olub. Hesab edirəm ki, Zelenskinin səfərindən sonra bütün sahələrdə olduğu kimi hərbi sahədə də inkişaf daha da yüksək olacaq. Biz bu inkişafı görəcəyik. Həmçinin, Ukrayna dövləti ilə silah-sursatla bağlı əlaqələrimiz  də var. Ukrayna Azərbaycanın maraq dairəsində olan bəzi silahları  ölkəmizə təqdim edir. Azərbaycanın da o silahları almağa imkanı var. Düşünürəm ki, Ukrayna ilə münasibətlərimiz yaxınlaşdıqca, hərbi münasibətlər də inkişaf edəcək. Hər iki dövlət bir-birinə yaxınlaşmaqda maraqlıdır. Hərbi sahədə hər iki dövlətin yaxınlaşmasından həm Ukrayna, həm də Azərbaycan fayda götürəcək”.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib ki, ölkələr arasında siyasi baxımdan ikitərəfli əlaqələr həmişə olub:

“Zelenskinin Bakı səfərindən sonra siyasi baxımdan bu əlaqələr daha da genişlənəcək. Ukrayna da, Azərbaycan da GUAM-ın üzvüdür. GUAM 1997-ci ildə yaradılıb. İndi onun  yaranmasından 20 ildən çox vaxt keçib. O zamanlar yaradılmasında əsas məqsəd Rusiyanın bölgədə nüfuzunu məhdudlaşdırmaq idi. Daha sonra Özbəkistan bu təşkilata qoşulsa da, sonra çıxdı. Münaqişələrin həlli baxımından GUAM-ın mövqeyi önəmli olsa da, onun imkanları kifayət qədər məhduddur. Ona görə də GUAM-ın tərkibinin genişlənməsi məsələsinin gündəmdə olmadığını deyə bilərəm.

Əslində Ukrayna ilə siyasi əlaqələrimiz həmişə aktual olub. Bu əlaqələrin möhkəm əsası var. Ortada iqtisadi layihələr, hərbi əməkdaşlıq da var. Ukraynanın yeni prezidentinin Azərbyacana gəlməsi bir daha onu təsdiqləyir ki, Ukrayna-Azərbaycan əlaqələri daha da davam etdiriləcək. Rəhbərliyin dəyişməsindən asılı olmayaraq, əlaqələrimiz daim inkişaf edəcək”.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadovun sözlərinə görə, belə səfərlərin davamlı olması diasporun daha da inkişafına zəmin yaradır:


“Bildiyiniz kimi, Ukrayna ilə Azərbaycan tarix boyu bir-biri ilə problem yaşamayan dövlətlər olublar. Müstəqillik dövründən sonra isə Azərbaycan və Ukrayna münasibətləri hər zaman yüksək səviyədə olub. Ukrayna torpaqları işğal olunmazdan qabaq da bu ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bundan başqa, Azərbaycan diasporu Ukrayna xalqından ancaq xoş münasibət görüb. Biz də öz növbəmizdə Ukraynada gedən siyasi proseslərdə çox aktiv iştirak etmiş, qardaş xalqın tərəfində olmuşuq. Eyni zamanda, süni yaradılmış separatizmə qarşı olan Ukraynanın haqq işində də bu ölkədə yaşayan soydaşlarımız canlarından belə keçmişlər. Bu mənada, Ukraynadakı diasporumuz Ukrayna xalqının və dövlətinin qarşısında hər zaman alnıaçıqdır. O ki, qaldı bu tip rəsmi səfərlərin diasporun inkişafına təsirinə, deməliyəm ki, dövlət başçılarının hansı səviyyədə münasibət qurmaları yerli əhalinin və hökumət orqanlarının  diasporumuza olan münasibətinə birbaşa təsir edir. Ukrayna-Azərbaycan rəsmi münasibətləri nə qədər hərarətli olarsa, diasporumuz bir o qədər də özünü komfortlu hiss edər.
Məsələyə başqa aspektlərdən də yanaşmaq lazımdır ki, bu da sırf iqtisadi əlaqələrlə bağlıdır. Başqa sözlə desək, dövlətlərarası iqtisadi münasibətlərin güclü olması da sözügedən münasibətləri daha da gücləndirir və sözün yaxşı mənasında bu münasibətlərdə iqtsadi asılılıqlar yaradır. İş adamlarının qardaş ölkələrə yatırdıqları sərmayə bu prosesi gücləndirməklə münasibətləri lazımi məcraya istiqamətləndirir.
Ukrayna Respublikasının Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri diasporumuz üçün çox vacib idi. Azərbaycan diasporu yaxın gələcəkdə cənab Prezident İlham Əliyevin də Ukraynaya səfərini səbirsizliklə gözləyir. Bu səfərlər mütəmadi xarakter daşıyarsa, soydaşlarımız özlərini burada daha da rahat hiss edəcək, Ukraynadakı diasporumuzun inkişafına yaxşı şərait və zəmin yaranar. Hamıya məlum olduğu kimi, bu ilin əvvəlində Ukraynadakı diasporumuz bütövlükdə bir araya gələrək,  Ukrayna Azərbaycanlıları Radasını təsis edib və birgə fəaliyyətə başlayıb. Bu ərəfədə dövlət başçılarının rəsmi görüşləri diasporumuza impuls verir, həyata keçirəcəyimiz qlobal xarakterli fəaliyyətimizə öz müsbət təsirini göstərir”.

 

Beşinci çağırış Milli Məclisin deputatı Rüfət Quliyev Zelensikinin Azərbaycana səfərini çox yüksək qiymətləndirdiyini bildirib:


“Bizim bəzi istəklərimizüst-üstə düşür. Avropa Şurasında və digər bütün xarici təşkilatlarda bir-birimizin maraqlarını müdafiə edirik. Əsas maraqlar bizim üçün Qarabağ məsələsi, onlarda isə Krım, Donetsk və Luqansk vilayətləri ilə bağlıdır. İqtisadi münasibətlərdə inkişaf var. Bizim Ukrayna ilə ticarət dövriyyəmiz 1 milyard dollara yaxınlaşır. Ukrayna bizim üçün daim doğma dövlət olub. İstər Sovet hakimiyyəti dövründə, istər MDB çərçivəsində Ukrayna Azərbaycan üçün yaxın olub. Ukrayna hazırda MDB-dən uzaqlaşır və daha çox Qərbyönümlü siyasət aparır”.

 

Rüfət Quliyev qeyd edib ki, Ukrayna neftə olan tələbatının 96%-ni Azərbaycanın hesabına ödəyir:

 “Azərbaycanlıların ən çox yaşadığı ölkələrdən biri Ukraynadır. Azərbaycanlılar üçün Ukraynada gözəl şərait yaradılıb. Biz Zelenskinin Azərbaycana səfərini çoxdan gözləyirdik. Ona görə ki, son 7-8 ayda iki ölkə arasında dövlət nümayəndələrinin görüşləri olurdu. Qeyd etmək istərdim ki, biz Ukrayna üçün çox maraqlıyıq. Maraq ondan ibarətdir ki, Ukraynada istifadə olunan neftin 96 faizi Azərbaycandan gedir. Bildyimiz kimi, Sovet hakimiyyəti dövründən bu yana Ukrayna hərbi silah istehsal edən ölkədir. Bizim üçün bu da maraqlıdır. Bizim Ukrayna ilə parlamentlərarası münasibətlərimiz də yüksək səviyyədə olub. Hər iki tərəf bu münasibətlərin yüksələn tərəfə getməyini istəyir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putinin mətbuat katibi koronavirusdan sağaldı 25 May 2020, 19:13 Bu rayonlarda yağış yağır 25 May 2020, 18:54 “Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” - Lukaşenko 25 May 2020, 18:41 Səudiyyə Ərəbistanında daha 2235 nəfər virusa yoluxdu 25 May 2020, 18:16 Tovuzda maşın aşdı - xəsarət alan var 25 May 2020, 17:59 Orduda ən yaxşı kəşfiyyat qrupu məlum oldu 25 May 2020, 17:47 Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Prezident Pir Ömər Sultan ziyarətgahında - FOTO 25 May 2020, 17:28 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu 25 May 2020, 17:13 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında 25 May 2020, 17:06 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA 25 May 2020, 17:00 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54 Türk dünyasının tarixini, milli irsini tanıdan AKADEMİYA 25 May 2020, 16:49 Votsapda 17 kq narkotik satmaq istəyən qardaşlar saxlanıldı 25 May 2020, 16:41 Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var - İsa Həbibbəyli 25 May 2020, 16:31 İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq 25 May 2020, 16:23 “Türk Şurası əlaqələrimizin inkişafına təkan verəcək” - Macarıstan Prezidenti 25 May 2020, 16:17 “Şollerin arxivi” filimi ABŞ-da Qranta laiq görüldü 25 May 2020, 16:15 Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 25 May 2020, 16:06 Prezident Şamaxıya getdi - FOTO 25 May 2020, 16:02 Beynəlxalq Türk Akademiyası - 10 25 May 2020, 15:59 Şamaxının icra başçısından koronavirus AÇIQLAMASI 25 May 2020, 15:56 Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri 25 May 2020, 15:47 Bu ölkədə 2 mindən çox hamilə koronavirusa yoluxub 25 May 2020, 15:39 İcra başçısının müavini koronavirusa yoluxdu 25 May 2020, 15:26 Şamaxıda kran aşdı - Ölən var - YENİLƏNİB 25 May 2020, 15:25 Dövlət başçıları İlham Əliyevi təbrik etdilər 25 May 2020, 15:17 “Qardaş xalqlarımız arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək” - Berdiməhəmmədov 25 May 2020, 15:09 Sabahın TELEDƏRSİ 25 May 2020, 14:59 “Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması 25 May 2020, 14:45 Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik” 25 May 2020, 14:34 Biləsuvarda narkotacirlər saxlanıldı - FOTO 25 May 2020, 14:29 İranda koronavirusa yoluxmalar azalmaq bilmir 25 May 2020, 14:14 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi 25 May 2020, 13:59