Arxiv
24 Dekabr 2019, 23:06 | ANALİTİKA
İnternetdə “nifrət vulkanı”nı necə söndürməli? - Dini liderlər Bakıda çıxış yolunu axtaracaq

2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransı keçiriləcək.

Dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülmüş bu toplantı təklifi internet üzərindən dini-milli nifrət aşılayan, onlayn platformalardan yalan və nifrət püskürən bədxah qüvvələrin mesajlarına qarşı dini rəhbərlərin ümumi mövqeyini sərgiləmək üçün yaxşı fürsət olacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin dəstəyi ilə sammitin Bəyannaməsinə salınmış bu konfrans dünyada dini liderlərin bu mövzuda müzakirə edəcəyi ilk belə mövzulardandır. 

Bu gün dünyada baş alıb gedən terror bir çox hallarda dini şüarlar altında təzahür edir. Terror qrupları öz bədniyyətli siyasi məqsədlərinə çatmaq üçün  cəmiyyətin hörmət bəslədiyi bəşəri dəyərlərdən qalxan kimi istifadə edir və bur ya digər qrupların maraqlarını müdafiə etmək üçün bu şüarlarla pərdələnirlər.  Bu bizi öz məqsədinə çatmaq üçün dini şüarlar altında gizlənən terrorun əsl mahyyətindən yayındırmamalıdır.

Dini zəmində nifrətin motivi bir qayda olaraq nümayişkaranə xarakter daşıyır. Cinayəti törədən şəxs bununla göstərmək istəyir ki, onun dinə münasibətdə olan baxışları doğrudur, həqiqətdir. Digərləri isə səhv yoldadırlar.
 

ABŞ-ın tanınmış tədqiqat mərkəzi olan “Pew Research Centre”nin apardığı təhqiqatın nəticələrinə görə, 2007-2017-ci illərərzində dünyada dini zəmində hucumlar və qısnamalar artıb. 2017-ci ildə  143  ölkədə xristianlar, 140 ölkədə müsəlmanlar,  87 ölkədə yəhudilər  müxtəlif təqiblərə  məruz qalıblar. 

Digər bir araşdırmaya görə, 2015-ci ildə Fransada müsəlmanlara nifrət zəminidə törədilən cinayətlərin sayı 336 –ya çataraq, 250 faiz artıb. Yəhudilərə münasibətdə də bu cinayətlərin sayı yüksək həddini saxlayır. Orada 715 belə hadisə baş verib.   Digər Asiya və Afrika ölkələrində də belə həyəcanlı statistika qeydə alınır.

Qloballaşma erası kimi qeyd olunan 21-ci əsrdə dinlər çətin dönəmlərlə üz-üzə qalıb. Radikal təməlçiliyi, dini nifrəti özünün dünya ağalığı üçün bir vasitəyə çevirən qüdrətli güclər dinlərin barış təbliğ edən ideyalarının təhrifi üzərində terror şəbəkəsi qura biliblər. Mənzərə isə çox acınacaqlıdır: Dağılan dövlətlər, terror qurbanı olan minlərlə günahsız insan, çıxış yolunu itirmiş siyasətçilər…

Qondarma “cihad” çağırışlarına  qoşularaq əlində silah İraqa, Suriyaya gedənlərin ilk informasiya bazası virtual aləm, sosial şəbəklələr və informasiya portalları olub. İnternetin dominant olduğu bugünkü dünyada informasiya və onun göz qırpımında yayıla bilmək gücü eyni zamanda böyük təhlükələri də ortaya qoyub. Onlayn media, sosial şəbəkələr terror çağırışlarının, dini zəmində nifrətin yayılması üçün ən əlverişli amilə çevrilib.

İnternet informasiya yayımının ənənəvi şəbəkəsini dağıdıb və yeni trendlərini ortaya qoyub. Hər bir şəxsin istədiyi məlumatı özü anladığı kimi yaymaq azadlığı oturuşmuş peşəkar media ənənələrini zədələyib. Bu sırada radikal dini baxışların təbliği ilə bağlı məlumatlar ciddi narahatlıq yaradır. “Öz özünə gəzən pişik” adlandırılan internetin virtual məkanında nifrət və dini dözümsüzlük aşılayan kontentlərin çoxalması özlüyündə dövlətin siyasi əsasları üçün təhlükə yaradır, cəmiyyətdə sabitliyə ziyan vurmaq potensialını daşıyır.

İnformasiya texnologiyaları əsrində praktik olaraq bütün terror təşkilatları öz fəaliyyətlərini media şəbəkəsində aparır. Radikal terror qrupları gəncləri öz sıralarına cəlb etmək üçün internetdən və sosial şəbəkələrdən yararlanır, dini postulatların təhrif olunmuş şəklindən istifadə edərək, gənclər arasında təbliğat aparırlar. Onlar bunu yalanı yaymaq və insanlara nufuz etmək üçün üçün ən əlverişli üsul hesab edirlər. 


Əgər 1998-ci ildə internetdə terror strukturlarının cəmi 12 saytı, 2005-ci ildə 4800 saytı var idisə, indi onların sayı 10 minləri ötüb.  
Sosial şəbəklər və onlayn resurslar bu gün şüurun manipulyasiya olunmasında güclü alətə çevrilib. Şəbəklər vasitəsi ilə əsas olaraq qorxu təlqin olunur, bununla da cəmiyyətin şüurunda ekstermizm təhlükəsi mifi yaradılır. Müntəzəm olaraq kütləvi şüura ekstemzim təhlükəsinin yeridilməsi yolu ilə onu simvola çevirir, terrorun hər şeyə qadir güc olması təsəvvürünü yaradırlar.  

 

Həmrəylik və dialoq mesjlarının əsas şərti isə doğru informasiyanın mövcudluğudur. İnsanlar arasında dialoq şərti üçün əsas yaratmaq üçün ilk əvvəl informasiyanı təqdim etmək lazımdır. Çünki heç kim informasiyanın köməyi olmadan hansısa bir obrazı yaxud rəyi yarada bilməz. Məhz onlayın platformaların  yaydığı  məlumatların vasitəçiliyi ilə ictimai rəy yaranır və insanlar  müsbət  yaxud mənfi fəaliyyəti ayırd etmək üçün bu məlumatlara istinad edirlər. Bu, insanların şüuruna təsir etmək baxımından sosial şəbəkələrin gücünü bir daha təsdiq edir.

 

Radikal baxışların qarşısını ala biləcək maarifləndirici tədbirlərin davamlı aparılması mühüm məsələdir. Bundan başqa nufuzlu dini rəhbərlərin, savadlı dini ekspertlərin köməyi ilə müqəddəs kitabdan gətirilən və təhrif edilən anlayışlar medianın köməyi ilə cəmiyyətə doğru və  ardıcıl çatdırılmalıdır. Efirlərdə, saytlarda, sosial şəbəkələrdə savadlı ilahiyyatçıların, ruhanilərin, imamların çıxışı təmin edilməlidir. Bu gün dünyada bir çox tanınmış müsəlman din xadimləri onlayn şəbəkədə hesablar açıblar. Belə profillər zərərli dini baxışların, radikal təməlçiliyin, dini zəmində nifrətin  qarşısını almaq üçün mühüm amildir. Məsələn, ABŞ-da populyar müsəlman alimi Sühəyb Ueyb  sosial şəbəkədən maarifləndirmək üçün yaxşı istifadə edir. Onun Tvitter-də 100 minə yaxın abunəçisi, “Feysbuk”da 215 min dostu var. Özünün 10 saniyəlik videoroliklərində Ueyb narkomaniyadan tutmuş boşanmalara qədər ən müxtəlif məsələlərə toxunur.

Azərbaycan mədəniyyətlərarası həmrəylik üçün öz töhfələrini daim verir.  Dövlətimiz  çoxmillətli və müxtəlif dinlərə etiqad edən insanların birgə yaşadığı ölkədir. Azərbaycan vətəndaşlarının əksəriyyəti islam dininə tapınıb. Tarixi boyu dünya elminə və mədəniyyətinə verdiyi şöhrətli alimləri və yaradıcı şəxsiyyətləri ilə fərqlənən islam dünyası bununla cahan mülkünə öz adını yazdıra bilib. Bu sırada Azərbaycan da  var. Nizami, Nəsimi, Füzuli kimi ədəbi düha, Nəsrəddin Tusi kimi alimlərimiz bəşəriyyətin mədəni irsinin bəzəyinə çevrilib.

Dünyəvi dövlət olan Azərbaycan sərhədləri daxilində yaşayan xalqının sabitliyi və əmin – amanlığı üçün vacib olan çağırışları çox yaxşı anlayır və bu gün dünyanı bürümüş qeyri-sabitlik alətlərinin istifadə cəhdlərini qarşısını qətiyyətlə alır.

Ölkəmizin dünyada tolerantlıq prinsiplərinin təbliği baxımdan apardığı dövlət siyasəti özünün bəhrələrini ortaya qoyur. Mədəniyyətlərarası dialoq platforması olan “Bakı prosesi”, Humanitar Forum və digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan ən müxtəlif mövqeləri bir araya gətirməklə dini və milli həmrəyliyin ənənəsini yaradır.


Ötən ay keçirilmiş Dünya dini liderlərinin Bakı Sammiti bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin bəyan etdiyi humanist prinsiplərin bəyanı üçün mühüm tribuna oldu. Nufuzlu dini liderləri bir araya gələrək bu gün dünyanı təhdid edən irqi, dini təhlükələri pislədilər və inanclı qardaş və bacılarının sülh və sabitlik içində yaşamağı üçün niyyətlərini açıqladılar.

Müxtəlif millətlərin və dinlərin bir yerdə mehribanlıqla yaşadığı Azərbaycandan səslənən bu çağırışlar bu baxımdan dünyaya mühüm mesaj sayıla bilər.  Dövlətimiz beynəlxalq təşkilatlarda həmrəyliyi əsas prioritet elan edərək  mədəniyyətlər arasında əməkdaşlığın əsas çarçısı kimi çıxış edir. Bakıda din xadimlərinin iştirakı ilə keçirilən mötəbər tədbirlər bunu bir daha təsdiqdir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi  ölkədə vətəndaş həmrəyliyinin saxlanması üçün zəruri işləri aparır. QMİ-nin  fəal şəkildə dini icmalarla görüşlərdə, keçirdiyi konfranslarda səslənən əsas tezis zərərli ideoloji bazanın ölkədə ayaq tutmamasına yönəlib.

Bu gün  dünyada “özünəməxsus həyat və baxış tərzinə” iddia edən “radikal ideologiya” təhlükləli mesajını daşıyır. Odur ki, sosial şəbəkələrdən axan bu nifrət vulkanını söndürmək üçün dünya dini liderlərinin birgə mübarizəsi ciddi təsir rıçağı ola bilər.

Planlaşdırılan bu konfransda təkcə sosial şəbəklərdə təbliğ olunan dini nifrət yox, insanlar arasında təfriqə salan , cəmiyyəti parçalayan bütün məqamlara toxunulacaq.  Bir çox hallarda siyasətçilərin, hüquqşünasların həllində çətinlik çəkdiyi problemlər dini rəhbrlərin bir fətvası və çağırışları ilə həll oluna bilir. 

 

Gələn il Bakıda keçirilməsi planlaşdırılan  bu toplantıda nufuzlu dini liderlərin nümayiş etdirəcəyi  vahid mövqe  insanların saf  inancından öz məqsədləri üçün istifadə edən bədxah qüvvələrə qarşı sərrast zərbə olacaq. Azərbaycandan səslənəcək  mesajlar öz növbəsində ölkəmizi bir daha mədəniyyətlərarası əməkdaşlığın qovşağına çevirəcək.

 

A.SƏFƏRLİ 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 16 İyul 2020, 21:45 “Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur” - Azay Quliyev 16 İyul 2020, 21:31 159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11 Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR 16 İyul 2020, 17:10