Modern.az

“Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq

“Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq

Aktual

17 Yanvar 2020, 16:38

Sonsuzluq müasir dövrün bəlalarından birinə çevrilib. Tibbin inkişafı artıq sonsuluqdan əziyyət çəkən ailələrə övlad sevinci bəxş etməyə şərait yaradır. Lakin cəmiyyətdə süni mayalanmaya münasibət birmənalı deyil. Bəs hansı hallarda süni mayalanma üsuluna ehtiyac yaranır?

 

Mövzu ilə bağlı Modern.az-a danışan ginekoloq Rəşad Sultan süni mayalanmaya ehtiyac yaradan əsas səbəbləri açıqlayıb:

 

“Bağlı borular, spermatozoid azlığı, yumurta yetişməsinin pozulması, qadının yaşının irəliləmiş olması, uzun müddət effekt verməyən konservativ müalicə süni mayalanma üçün müraciət etməyə səbəb olur”.

 

Ginekoloq deyir ki, cəmiyyətin süni mayalanmaya münasibəti də dəyişməz olaraq qalır:

 

“Hər baxımdan, təhsildə, məntiqdə, dünyaya baxışda, güvəndə və etibarda geri getdiyimizə görə bu məsələdə də münasibət məntiqsiz və savadsızdır. Hələ də qərar verərkən məsələyə dini nöqteyi nəzərdən yanaşanlar var. Hələ də uşağın başqasından olduğunu zənn edənlər, süni olduğunu düşünənlər var”.

 

R.Sultan həmçinin bildirib ki, süni mayalanma üsulu ilə doğulan uşaqların təbii yolla mayalanmış uşaqlardan heç bir fərqi olmur.

 

Əfsanə ŞƏRİF

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı