Modern.az

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir - VİDEO  

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir - VİDEO  

Aktual

24 Yanvar 2020, 13:01

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadə növbəti görüşlərini Mir Cəlal Paşayev, Qara Namazlı və İsmət Qayıbov küçələrinin sakinləri ilə keçirib.

 

Böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Pərvin Kərimzadə seçicilərə parlamentdəki və beynəlxalq arenadakı fəaliyyəti haqqında məlumat verib, Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatlardan danışıb.

 

Pərvin Kərimzadənin V çağırış Azərbaycan Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi vaxtlardan tanıdıqlarını, elm və təhsil sahəsində fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirən seçicilər bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

 

Səmimi söhbət zamanı Pərvin Kərimzadə seçiciləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən bir neçə problemlə bağlı aidiyyatı qrumlar qarşısında məsələ qaldıracağını bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü