Modern.az

Deputatlığa namizəd LƏMAN ƏLƏŞRƏFQIZINDAN DAHA BİR ÇAĞIRIŞ

Deputatlığa namizəd LƏMAN ƏLƏŞRƏFQIZINDAN DAHA BİR ÇAĞIRIŞ

25 Yanvar 2020, 13:45

Deputatlığa namizəd LƏMAN ƏLƏŞRƏFQIZI namizədliyini verdiyi dairənin  daha bir  problemi  ilə bağlı #mirzəbəylikəndməktəbinəkömək haşteqi ilə  FEYSCUK PAYLAŞIMI edib.

 

"Qəbələnin Mirzəbəyli kənd məktəbində 600-ə yaxın şagird təhsil alır. Hər il azı 20-25 şagird ali məktəbə daxil olur. Hərçənd bu məktəbdə normal şərait olsa, nəticələr ikiqat artıq olar. Məktəbin vəziyyəti isə deyiləsi deyil, söz acizdir təsvir etmək üçün. Baxın, pəncərələrin vəziyyətinə, hamısı qırıq-qırıq. Qar-yağış yağdısa, dəhlizləri təsəvvür edin. Biz məktəbə gedən gün küləkli bir gün idi. İkinci mərtəbədəki sinif otağına çatana qədər dişim dişimi kəsdi. İndi görün bu zavallı uşaqlar və müəllimlər nə əziyyət çəkirlər? Mənə dedilər ki, Ləman xanım sizi hələ ən yaxşı sinif otağına dəvət etmişik. Məlum oldu ki, məktəb 1973-cü ildə tikilib. Təmir adına həyata keçirilən iş 10 əvvəl dam örtüyünün dəyişdirilməsidir. Vəssalam! Bu gün təkrar bu dairədən deputatlığa iddia edənlər görəsən bu məktəbdə öz balasının, öz qohumunun təhsil almasını istəyərdimi? Mən burdan Təhsil Nazirliyinə səslənirəm. 600 şagirdin təhsil aldığı məktəb bu vəziyyətdə olmamalıdır. Xahiş edirəm, bu məktəbi nəzarətə götürün, təmirinə başlayın, bunlar ki, sadə məsələlərdir. Axı dövlət hər il məktəblərin təmiri üçün nə qədər vəsait ayırır, yeni məktəblər tikir. Niyə insanlarda dövlətə inamsızlıq yaradaq ki?! Sadəcə işləmək, təklif vermək, adamların yanında oımaq yetər ki, bu məsələlər də həllini tapsın. #mirzəbəylikəndməktəbinəkömək

 

На изображении может находиться: один или несколько человек, на улице и часть тела крупным планом

На изображении может находиться: дерево и на улице 

На изображении может находиться: в помещении и на улице

Нет описания фото.

На изображении может находиться: один или несколько человек

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır