Arxiv
4 Fevral 2020, 08:41 | İQTİSADİYYAT
Prezidentdən banklara xəbərdarlıq:Əgər problemlər olarsa onların lisenziyası ləğv ediləcək”

“Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

 

Preziden diqqətə çatdırıb ki, iqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür:

 

“Bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir”.

 

Dövlət başçı vurğulayıb ki, bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir:

 

“Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyil görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır”.

 

Prezident İlham Əliyev bildirib ki, rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir:

 

“Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47 Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı 5 Aprel 2020, 22:33 Azərbaycanda daha 3080 nəfər koronavirusla bağlı test edildi - FOTO 5 Aprel 2020, 22:23 Ziyad Səmədzadə karantinə alınmayıb - Deputatın köməkçisi danışdı 5 Aprel 2020, 22:00 Ermənistanda 822 nəfər COVID-19-a yoluxdu 5 Aprel 2020, 21:46 Bu ölkədə virusa yoluxan azərbaycanlı sağaldı 5 Aprel 2020, 21:31 Türkiyədə koronovirusdan ölü sayı 574-ə çatdı 5 Aprel 2020, 21:14 UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!” - VİDEO 5 Aprel 2020, 21:10 İtaliyada koronavirusdan ölənlərin sayı 15 887 nəfərə çatdı 5 Aprel 2020, 20:58 Azərbaycanın bu rayonunda maskalar pulsuz paylanacaq 5 Aprel 2020, 20:44 Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10