Arxiv
12 Fevral 2020, 00:00 | MÜSAHİBƏ
Gəncimiz Prezident mükafatına layiq görüldüyünü xəstəxanada öyrəndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 Fevral 2020-ci il, sərəncamına əsasən 10 Azərbaycan gənci - 2020-ci il Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Bu gənclərdən biri də, Quliyeva Mətanət Elşən qızıdır. Mətanət Quliyeva (Qüdsi) Şəmkir şəhərində anadan olub. Gəncə Dövlət Regional Kollecinin “Təsviri İncəsənət müəllimliyi” fakültəsini bitirib. Uzun müddətdir ki, “Mətanət Qüdsi” –təxəllüsü ilə şeirlər yazmaqdadır.


- Mətanət, ilk öncə səni təbrik edirik və qısaca olaraq oxucularımıza özün haqqında məlumat verməyini istərdik.

 

- Şəmkir şəhərində doğulmuşam və orada yaşayıram. Müalicəmlə əlaqədar olaraq tez-tez Bakıya gəlirəm. Sosial və eyni zamanda da yaradıcı fəaliyyətlə məşğulam. Zamanla müxtəlif janrlarda rəsmlər çəkmişəm və rəsmlərim bir çox sərgilərdə nümayiş olunub. “Kəpənəyin saldığı yol”-adlı şeirlər kitabının müəllifiyəm.  Hal-hazırda ikinci şeirlər və esselər kitabımın üzərində işləyirəm. “Mən o qadınam ki....” adlı sosial kitabımın yaxın zamanda redaktə işlərini tamamlayıb çapa verəcəyəm. Şəmkir İcra Hakimiyyətinin təşəbbüsü ilə müəyyən nominasiyalar üzrə keçirilən səsvermədə 2016 və 2018-ci illərdə “İlin gənci” mükafatının qalibi olmuşam. Yerli və Beynəlxalq layihələrin bir çoxunun fəal iştirakçısı olmuşam. Həmçinin, Azərbaycan Gənclər Fondunun elan etdiyi Qrant müsabiqələrində iki layihəm qalib olub.

 

- Bu gün Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə ölkə üzrə Gənclər Mükafatına layiq görüldükdən sonra hal-hazırda hansı hissləri keçirdiyini bilmək istərdik. Duyğularını və düşüncələrini bizimlə bölüşə bilərsən?

 

- Diqqətiniz üçün sizlərə təşəkkür edirəm. Onu deyim ki, hal-hazırda xəstəxanada müalicə alıram. Ruhən və mənən belə bir xəbərə, məlhəmə, həqiqətən çox böyük ehtiyacım var idi. Əlbəttə ki, çox sevincli və qürurluyam. Beynimdə o fikir dolaşır ki, həqiqətən Yaradan çox ədalətlidir. Müəyyən insanlar sənin çəkdiyin əziyyətləri görə bilər. Lakin elə əziyyətlər və çəkdiyin ağrı-acı var ki, onu yalnız sən və səni yaradan Allah bilir və görür. Bax bu mükafat mənim o əziyyətlərimin bəhrəsidir deyə düşünürəm. Mənə elə gəlir ki, gördüyün işin mahiyyətindən əlavə, o işi necə görməyin önəmlidir.Həqiqətən istər mənəvi, istərsə də fiziki baxımdan çox əziyyətlər çəkmişəm.

 

- Mətanət, bəs bu şad xəbəri necə öyrəndin?


- Bu şad xəbəri hal-hazırda müalicə aldığım xəstəxanada öyrənmək mənə nəsib oldu.

 

- Səni mükafata layiq görən və bu gün sevinc dolu anlar yaşadan cənab Prezidentimizə ünvanlamaq istədiyin hər hansı fikirlərin var?

 

- Mənim fəaliyyətimi dəyərləndirdiyi və qiymətləndirdiyi üçün cənab Prezidentimizə təşəkkür edirəm. Bu qədər gəncin içindən seçilib cənab Prezidentimizin sərəncamı ilə bu mükafata layiq görülmək, həqiqətən,mənim üçün çox qürurvericidir. Çalışacağam ki, cənab prezidentimizin mənə göstərdiyi bu etimadı, budan sonrakı fəaliyyətimdə də, layiqincə doğruldum.


Leyla Şah

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz AZALTDI - ÖZƏL 2 İyul 2020, 10:21 DİM pulsuz onlayn sınaq imtahanı keçirir 2 İyul 2020, 10:18 Dərsliklərlə bağlı yeniliklər 2 İyul 2020, 10:13 İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi” 2 İyul 2020, 10:08 Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ 2 İyul 2020, 10:02 Neft yenidən bahalaşdı 2 İyul 2020, 09:56 Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib 2 İyul 2020, 09:50 Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:45 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46 Sosial şəbəkə ilə bağlı mövqe siyasilər arasında qarşıdurma yaratdı 2 İyul 2020, 00:33 Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi - FOTO 2 İyul 2020, 00:22 Azərbaycanda Polis günü qeyd olunur 2 İyul 2020, 00:12 Əri ilə mübahisə edən qadın özünü 5-ci mərtəbədən atdı 1 İyul 2020, 23:54 Çempionlar Liqasının təqvimi AÇIQLANDI 1 İyul 2020, 23:41 Koronavirusun xroniki mərhələyə keçmə ehtimalı var 1 İyul 2020, 23:24 Rusiyada ümumxalq səsverməsi başa çatıb 1 İyul 2020, 23:07 Şirvanda küçədə kişi meyiti tapıldı 1 İyul 2020, 22:55 Bu ölkədə iki həftəlik karantin tətbiq edilir 1 İyul 2020, 22:41 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 1 İyul 2020, 22:25