Modern.az

Xocalıdan olan qız 16 il sonra öldürülmüş anasının fotosuna sevinib - DƏHŞƏT 

Xocalıdan olan qız 16 il sonra öldürülmüş anasının fotosuna sevinib - DƏHŞƏT 

17 Fevral 2020, 17:03

Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilmiş Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova 16 il sonra anasının öldüyünü  əks etdirən şəkli gördükdə keçirdiyi hissləri bölüşüb.

 

Modern.az xəbər verir ki, Yasəmən Həsənova Facebook hesabında anasının da öldürüldüyünü əks etdirən şəkli paylaşaraq, bunu həm sevinc həm də kədər kimi qiymətləndirib:

“Faciədən 16 il sonra anamın girov olaraq yolunu gözlədiyim halda bu şəkil məni həm sevindirdi, həm də ürəyimi ağrıtdı. Çünki anam ermənilərə girov düşmədi”.

 

Yasəmən Həsənova bununla şəhidlik zirvəsinin girovluqdan daha üstün olduğunu, anasının yad əllərdə qalmaqdansa, şəhidliyə qovuşmasının daha yüksək olduğunu nəzərə çatdırmaq istəyib.

 

Xatırladaq ki, Yasəmən Həsənovanın atası  Tofiq Hüseynov öz həyatını Xocalı şəhərinin mühafizəsinə qurban verib. O, göstərdiyi qəhrəmanlığa görə, Milli Qəhrəman adını alıb.

Onun anası isə həyat yoldaşını görmədən evlərini tərk etməyib və ermənilər tərəfindən  güllələnib.

 

Yasəmən özü həmin dəhşətdən donaraq, güllə yağışı altında gecə səhərədək yol qət etməklə xilas ola bilib.

O, hazırda Xocalı məktəbində müəllimə işləyir.   

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir