Modern.az

Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı

Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı

Hadisə

25 Fevral 2020, 18:03

Ağdamda mənzildən 28 min dollara yaxın pul oğurlayan şəxs tutulub

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağdamda evdən xeyli miqdarda pul oğurlayan şəxs saxlanılıb. Fevralın 20-də Ağdam rayon Quzanlı qəsəbə sakini Şahnaz Zalova Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus yaşayış evindən 27360 ABŞ dolları oğurlanması barədə məlumat verib.

 

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon İmamqulubəyli kənd sakini, əvvəllər məhkumluğu olan Sabir Əliyev saxlanılıb. S. Əliyevdən 26280 ABŞ dolları maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar