Modern.az

“5 il əvvəlki Əfqanıstan deyilik” – Əşrəf Qani “Taliban”ı hədələdi

“5 il əvvəlki Əfqanıstan deyilik” – Əşrəf Qani “Taliban”ı hədələdi

29 Fevral 2020, 14:18

Prezident Əşrəf Qani Əfqanıstan hökumətinin İŞİD və digər terror təşkilatları ilə atəşkəs əldə etmək istəmədiyini və “Taliban”ın terror təşkilatlarından ayrılmalı olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, “Taliban”la sülh danışıqlarına heç vaxt regional, etnik mənada icazə verilməyəcəyini ifadə edən Qani, “Talibanla sülh mövzusunda hər bir razılaşma şərtidir, əgər Taliban müharibədən çıxmasa, şərtlərimiz dəyişəcək" deyib.

 

Bütün seqmentlərlə sülh məsələsi ilə bağlı görüşlərin davam edəcəyini ifadə edən ölkə prezidenti, sabitlik təmin etməkdə din alimlərinin, qadınların və gənclərin rolunun vacib olduğunu söyləyib.

 

Əşrəf Qani Əfqanıstanın 5 il əvvəlki Əfqanıstan olmadığını və hazırda dünya ilə əlaqələrini daha da gücləndirmək üçün çalışdıqlarını da vurğulayıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır