Arxiv
22 mart 2020, 12:46 | MÜSAHİBƏ
Mirzə, yoxsa siyasətçi? - Məşhur politoloq: “Oğlanlarımın bir xasiyyətindən xoşlanmıram” - MÜSAHİBƏ

Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqızının şərqşünas-politoloq  Zərdüşt Əlazədi ilə illər öncə qələmə aldığı müsahibəsini təqdim edir. İndiyədək internet mediada yayımlanmayan müsahibə bəzi maraqlı məqamlara işıq salır...

İlk təəssüratlarım: mədəni, təmkinli adamdı. Heç vaxt hövsələdən çıxmır, kiməsə problem yaratmağı qətiyyən xoşlamır. Ən əsası, qapısı həmişə jurnalistlərin üzünə açıqdı... Söhbət siyasətçi Zərdüşt Əlizadədən gedir. 

 

- Zərdüşt bəy, bu xarakterlə doğulmusuz, ya hər şey tərbiyədən gəlir?


- Alimlər araşdırıblar ki, insanın formalaşmasında həm genlərin, həm də tərbiyə aldığı mühitin rolu var. Mən də elə hesab edirəm ki, xarakterimdə bunların yeri  tam yarıdı.


- Belə fikirləşmək olar ki, Zərdüşt bəyin qapısı hər kəsin üzünə açıqdır?

 

- Yox, elə deyil. Bir neçə qəzet var ki, jurnalist etikasına əməl eləmədiklərinə, yanlış məlumatlar yazdıqlarına görə onlarla heç bir ünsiyyət qurmuram. Amma jurnalistlərin xətrini çox istəyirəm.


- Xarakteriniz sizə problem yaratmır ki?


- Şikayətçi deyiləm.


- Heç prinsiplərinizi dəyişmək fikrinə düşmüsüz?


- Bu, insanın daxilindəki məhvərdən asılıdı. Məhvər sınanda insan da sına bilər. Məhvər möhkəmdisə, insan dəyişmir.


- Siyasət aləmində oyunlar-filanlar... bu xarakterlə necə tab gətirirsiz?


- Hər şey insanın məqsədindən, niyyətindən asılıdı. İddialı adamam. Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin iddiası üstündə köklənmişəm.  İstəyirəm ki, düşündüklərimi xalqa deyim. Hakimiyyət istəyim yoxdu. Bəziləri xoşbəxtliyi vəzifədə görürlər. Buna çatmayandasa özlərini bədbəxt sayırlar. Gəncliyimdə karyera üçün böyük şanslarım olub. Nələrdən imtina eləyəcəyimi fikirləşib bu yoldan uzaqlaşmışam. Könlümə xoş olan həyat sürmüşəm. İndi də o fikirdəyəm ki, özümü bədbəxt hesab eləmək üçün heç bir əsasım yoxdu. Demirəm, xoşbəxtəm, həyatdan, vəziyyətdən narazılığım çoxdu. Əsas da Qarabağa, xalqın yaşayışına görə narahatam. Hətta müəyyən mənada xalqın nümayəndəsi kimi özümün şəxsi taleyimdən, maddi vəziyyətimdən də narazıyam. Amma bu, böyük mənada bədbəxtlikçün əsas deyil. Hələ ümidliyəm, işləmək lazımdı.


- Ümidlər həmişə cücərirmi?


- İstəkləri yüz faiz həyata keçən insanlar çox azdı. Amma məqsəd hər şey deyil. Yolun özünün dəyəri, əhəmiyyəti var. Yol ürəyincədisə, ona çatmasan da,  bir könül xoşluğudu.


- Daha nələrdədi könül xoşluğu?


- Bir rus yazıçısından oxumuşam ki, kişinin səadəti üçün üç şey gərəkdi: sevdiyi qadın, sevdiyi dost, sevdiyi iş.


- Sizdə hamısı var?


- Var!


- Üzdə olanların  özləri üçün yaşamağı bir az çətindi. Siz bunu bacarırsız?


- Burda ziddiyyət görmürəm. Həyatımla istəklərim arasında fərq yoxdu. Mən elə öz istədiyim kimi yaşayıram. Düzdü, mane olmağa çalışırlar, amma həyatdı da...


- Hər şey  tam mənası ilə sizin ixtiyarınızda olsaydı, həyatınızı yenə belə yaşayardız?


- İndi səhv kimi qiymətləndirdiyim addımları atmazdım. O səhvlərim də yenə mirzəliyimdən yaranıb. Barış axtarmaq, güzəştə getmək mövqeyindən doğub. İndi anlayıram ki, bəzi məqamlarda güzəştlər lazım deyilmiş. Xalq deyilən məfhumu həddindən artıq ideallaşdırmışam. Görünür, bir qədər praqmatik olmaq lazımmış. Amma bunun da bir həddi olmalıdı. Yoxsa, insan xalqa həqarətlə yanaşar. Ondan alət kimi istifadə etməyə çalışar.


- İndiki qənaətinizə nə vaxt gəlmisiz?


- Bu, son 12 ilin təcrübəsidi. Xalq hərəkatı başlayanda həmin idealist fikirlərdəydim. Görünür, bu da aldığım tərbiyədən asılıdı.


- Zərdüşt bəyin “sarı simi”nə necə toxunmaq mümkündü?


- Elə “sarı sim”im xalqı ideallaşdırmaq idi. Bundan da siyasi rəqiblərim çox məharətlə istifadə eləyirdilər. 


- Hansı xarakterinizdən xəbərimiz yoxdu? Bunlar ancaq xanımınıza, uşaqlarınıza bəllidi...


- Bütün insanlara xas olan zəif cəhətlər məndə də var.


- Yəni?


- Bir qədər sentimentalam, arzulara həddən artıq aludəyəm. Çox şadam ki, mənə tamah, acgözlük, vəzifə hərisliyi yaddı.


- Sizə xəyalpərəst demək olar?


- Cəmiyyətdə yaxşı mənada dəyişiklik etmək istəyənlərin hamısı müəyyən qədər  xəyalpərəstdilər.


- Xəyalların puçluğuna reaksiyanız necə olur?


- Alınmayanda alınmır da. Sosial-demokratların bir fikri var:məqsəd heçdi, ona gedən yol hər şeydi.


- Sadəliyinizi evdə, məişətdə də saxlaya bilirsiz?


- Evim çox sadədi.


- Hardadı?


- Milli Məclisdən yuxarıda. Botanika institutu tərəfdə. 1977-ci ildə xaricdən qayıdandan sonra almışam, orda qazandığım pulla.  Üçotaqlı bir mənzildi. İndiyəcən də orda yaşayırıq. Sovet dövründən qalma əşyalardı, təzə bir şey yoxdu.


- Evinizdə iş otağınız var?


- Yox. Mətbəxdə işləməyi sevirəm. Kitablarımsa dəhlizdə, otaqlarda yerləşdirilib.


- Fərz eləyək ki, işdən yorğun, dilxor gəlmisiz, xanımınız da bir az ləng tərpənir. Çayı, xörəyi gətirib ortaya çıxarmır. Əsəbiləşirsiz?


- Xanımım  içəri girən kimi soruşur ki, acsan?


- Bəzi kişilər elə bu sualdan əsəbiləşirlər...


- Mən elə deyiləm. Xanımıma hədsiz hörmət eləyirəm. Onu ideal insan sayıram. Bir sinifdə oxumuşuq. Sinfimizin əlaçısı olub. İlk baxışdan sevmişəm. 10 il arxasınca gəzmişəm. Ömrümün ən böyük xoşbəxtliyi odu ki, o mənə gəlməyə razılıq verib. İndiyə qədər də ona incə məxluq kimi baxıram. Ağlıma gəlməz ki, ona acıqlanım, kobudluq eləyim.


- Bu qaydanı ancaq siz gözləyirsiz, ya..?


- Qarşılıqlıdı. Bircə şeyə əsəbiləşirəm. Bir də görürsən ki, qapıdan çıxıram, deyir dayan, köynəyinin ütüsü xoşuma gəlmir, bir də əl gəzdirim. Mənə qalsa, bunlar əhəmiyyətsiz şeylərdi. Düzdü, bir məsəl var: “paltara görə qəbul eləyərlər, ağla görə yola salarlar”. Amma mənimçün o qədər fərqi yoxdu.


- Xarakterinizə görə xanımınız sizi qınamır?


- Hərdən zarafata salıb deyir ki, başqaları haqqında həddən artıq yaxşı fikirdəsən. Və fikirləşirsən ki, onlar sənə qiymət verəcəklər. Mənimçünsə məni anlamaq iqtidarında olmayanların fikri maraqsızdı. Bu, bəlkə də, son illərdə  əldə etdiyim realistliyin təzahürüdü.


- Zərdüşt bəyin uşaqları kimdilər, nəçidilər?


- Böyük oğlum öz yerini tapıb. Öz əhatəsi var. Hamı onu təmiz, mədəni insan kimi tanıyır. Əsla acgöz deyil. Xoşum gəlməyən xasiyyəti odu ki, siyasətlə qətiyyən maraqlanmır. Siyasət aləmi kiçik oğluma da maraqlı deyil. Çox mərhəmətli, sakitdi. Bir-iki dostu var, onlarla oturub-durur. Böyük oğlum daha savadlıdı, kiçiyinsə ümumi səviyyəsi yüksəkdi. 


- Öz-özünüzə hesabat verəndə nəyə təəssüflənirsiz?


- Təəssüflənirəm ki, hansısa kitabı oxumamışam, hansısa gözəl musiqini dinləməmişəm, gözəl bir təbiət guşəsini gəzməmişəm.


- Siz də vaxtdan gileylisiz?


- Yox, sadəcə, içimdə bir nisgil duyuram. Heyif, filan şeyə cavanlıqda vaxt tapmamışam.


- Söz düşmüşkən, cavanlığınızı necə yaşamısız?


- Çoxlu dostlarım olub. Tələbəlikdə hansısa bir mənzilə yığışardıq. Dostlarım içərdilər, söhbət eləyərdilər, kart oynayardılar. Mən də mətbəxdə oturub kitab oxuyardım. Amma onlar çox istəyirdilər ki, “kampaniya”larında mən də olum, tarazlıq yaransın deyə. Xətrimi istəyərdilər. Onlar mənimçün çox şey eləyiblər...

- Olanlardan, keçənlərdən danışdıq, siyasətdən yan keçdik...Bu vaxtınızı itirmiş hesab eləmirsiz?

- Qətiyyən. Söhbət ürəyimə yatdı.


Sağollaşdıq. Əsl centlmen kimi durub yola saldı. Qapını ardımca örtmədi, pilləkənləri düşüb gözdən itincəyə qədər gözlədi...    

 
2001

 
Səfurə Çərkəzqızı
"Sevdalılar"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nyu-York ştatında komendant saatı tətbiq olunur 2 İyun 2020, 00:55 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edildi 2 İyun 2020, 00:38 Helikopter qəzasında 4 nəfər öldü 2 İyun 2020, 00:23 Bulvarda şəkil çəkmək istəyən gənc dənizə düşdü 2 İyun 2020, 00:07 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 Etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31