Arxiv
23 mart 2020, 17:59 | İQTİSADİYYAT
Mikayıl Cabbarov: “Hökumət koronavirusun mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır”

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərlə bağlı açıqlama verib.

 

Modern.az-ın məlumatına görə, nazir iqtisadiyyatın hazırkı durumu, dövlət tərəfindən nəzərdə tutulan dəstək tədbirlərinin istiqamətləri, habelə daxili bazarın sosial əhəmiyyət kəsb edən məhsullarla təminatı sahəsində həyata keçirilən işlər barədə məlumat verib. M.Cabbarov bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır: 

"Ölkə Prezidentinin müvafiq fərmanları ilə bu məqsədlə 1 milyard manat həcmində vəsait ayrılıb, habelə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb". Bu tədbirlərin Azərbaycan xalqının rifahı üçün atılmış tarixi addım olduğunu qeyd edən nazir ayrılmış vəsaitin ötənilki ÜDM-in 1,2 faizi həcmində olduğunu, pandemiyanın və xarici iqtisadi şokların sosial-iqtisadi təsirlərinin yumşaldılması üçün kifayət qədər təsirli maliyyə dəstəyi rolunu oynadığını bildirib və eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr ayıran iş adamlarına və şirkətlərə təşəkkürünü bildirib.

M.Cabbarov mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparıldığını diqqətə çatdırıb:

"Bu məqsədlə yaradılmış işçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir. Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır".

M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək. Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər. Nazir iş yerlərinin və məşğulluğun qorunmasının dövlətin diqqət mərkəzində olduğunu, işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini bildirib.

Nazir işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək. İqtisadiyyat naziri ölkənin gündəlik tələbat malları ilə təminatı sahəsində hər hansı çətinliyin olmadığını, hökumətin iri təchizatçılarla sıx şəkildə işlədiyini, ölkənin tələbatları üçün zəruri həcmdə ehtiyatların formalaşdırıldığını və daxili bazarın lazımi məhsullarla tam təmin edildiyini bir daha diqqətə çatdırıb.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14 Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq 29 mart 2020, 23:54 Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək 29 mart 2020, 23:37 ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı 29 mart 2020, 23:31 Bir gündə daha 756 italiyalı koronavirusdan öldü 29 mart 2020, 23:15 Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü 29 mart 2020, 22:50 Abituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHI 29 mart 2020, 22:37 İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir 29 mart 2020, 22:20 Fransada koronavirusa yoluxan azərbaycanlı sağalıb 29 mart 2020, 22:04 Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək 29 mart 2020, 21:47 Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulmayıb - Vaqif Əsədov 29 mart 2020, 21:42 Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib 29 mart 2020, 21:29 Ailəsində 3 koronaviruslu xəstəni sağaldan həmyerlimiz 29 mart 2020, 21:18 Azərbaycanın Türkiyədəki səfirliyi gücləndirilmiş iş rejiminə keçib 29 mart 2020, 20:47 Fonda 93 milyon 157 min 335 manat toplandı 29 mart 2020, 20:37 Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdı: 9217 yoluxma var 29 mart 2020, 20:26 Eldar Quliyev Bilgəh və Maştağada 12 ailəyə baş çəkib -FOTO 29 mart 2020, 20:20 Daşınmaz əmlakın qeydiyyatı xüsusi rejimdə aparılacaq 29 mart 2020, 20:14 Tibbi təxliyə edən təyyarə qəzaya uğradı: 8 ölü 29 mart 2020, 20:00 Koronavirus dünya çempionunun karyerasına son qoydu 29 mart 2020, 19:02 “Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34