Modern.az

Britaniyada da karantin elan olundu - İkidən çox insan toplaşa bilməz

Britaniyada da karantin elan olundu - İkidən çox insan toplaşa bilməz

Dünya

24 Mart 2020, 02:13

Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkədə üç həftə müddətinə karantin tətbiq edilməsi barədə göstəriş verib.

 

Modern.az xəbər verir ki, bunu hökumət başçısı BBC telekanalında canlı yayımda elan edib.

 

"Mən Britaniya xalqına çox sadə göstəriş verirəm - siz evdə qalmalısınız. Bu, ev təsərrüfatları arasında xəstəliyin yayılmasını dayandırmaq üçün edilməsi lazım olan ən vacibidir. Buna görə də sakinlərə öz evlərini yalnız kifayət qədər zəruri səbəblərlə görə tərk etməyə icazə veriləcək", - deyə Conson bildirib.

 

Baş Nazir qeyd edib ki, Britaniya hakimiyyəti iki nəfərdən çox insanın toplaşmasını və ilk tələbat malları satan dükanlar istisna olmaqla bütün digər ticarət obyektlərinin fəaliyyətinə karantin müddəti boyunca qadağa qoyur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü