Modern.az

Koronavirusla bağlı SON STATİSTİKA - ABŞ və Avropa çətin vəziyyətdə

Koronavirusla bağlı SON STATİSTİKA - ABŞ və Avropa çətin vəziyyətdə

24 Mart 2020, 04:27

Koronavirus pandemiyanın (COVID-19) yayıldığı ölkələrin sayı 195-ə yüksəlib. 

 

Modern.az xəbər worldometers.info-nun statistik məlumatlarına əsasən xəbər verir ki, ötən gün dünyada 41,003 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, dünyada virusa yoluxanların ümumi sayı 378,492 nəfər olub. Virusa yoluxan 101,608 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 260,389 şəxs müalicə alır.

 

Ötən sutka ərzində 1 854 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 16,495 nəfərə çatıb.


Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (9,903), İspaniya (6,368), İtaliya (4,789), Almaniya (4,183), Fransa (3,838), İran (1,411) və İsveçrə (1,321) olub.

 

Ötən gün ən çox ölüm isə İtaliya (601), İspaniya (539), Fransa (186), ABŞ (132) və İranda (127) baş verib.

 

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (6,077), Çin (3,270), İspaniya (2,311) və İrandır (1,812).

 

Qeyd edək ki, dünya üzrə ən çox koronavirusa yoluxma Çində (81,093) qeydə alınıb. İtaliya (63,927) ikinci, ABŞ isə (43.469) üçüncü, İspaniya (35,136) dördüncü, Almaniya (29,056) beşinci, İran (23,049) altıncı, Fransa isə (19,856) yeddinci sırada qərarlaşıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub