Modern.az

Rusiya bütün ölkələrlə uçuşları dayandırır

Rusiya bütün ölkələrlə uçuşları dayandırır

Dünya

26 Mart 2020, 11:29

Rusiya hökuməti koronavirus epidemiyası ilə əlaqədar olaraq bütün ölkələrlə müntəzəm və çarter aviauçuşlarını dayandırır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin qərarında deyilir.

 

Qərara əsasən, yalnız xaricdə qalan Rusiya vətəndaşlarını gətirmək məqsədilə reyslər təşkil olunacaq.

 

Uçuş qadağası martın 27-dən qüvvəyə minir.

 

Qeyd edək ki, bu günə qədər 658 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir